Qayıt gəl -Ülvi Ələkbərzadə

Dodağın altında qalan öpüşün,
Ağlayır,qəmlənir göz yaşı tökür.
Həsrətə bələnmiş,nəmli göz yaşı,
Sızlayır,hər gecə ,qəlbimi sökür.
Gecəylə,gündüzün tən ortasında,
Eşqim susuz qalıb,ümidtək solur.
Hər gecə,çaxan o,dəli şimşəyin,
Atəşi közərib, könlümə dolur.
Ümmandım,dönmüşəm indi səhraya,
Sənsiz can götürüb, gedim haraya?
Görəsən, çağırsam gələr, haraya,
Sənsiz, qərib-qərib xəyala dalıb,
Könüldən keçəni, düzdüm misraya.
Sənsizlik içimdə, məzar olubdur,
Baş daşım arzular, bir də göz yaşı..
Saçlarım ağarır,çarəsi yoxdur,
Göyərib alnımda,dərdlərin daşı.
Sən idin pənahım, sən idin pirim,
Qolumda qüvvətim,gözdə kirpiyim,
Getmisən, yoluna, baxıb nə,deyim?
Fikirlə gecəmi vururam,başa…
Dərdlər sarmaşıqtək, dolaşır mənə,
De,görüm bu həsrət, nə verir,sənə?
Qəm verir, ya, kədər bilmirəm,gülüm,
Qayıt gəl, deməyə gəlməyir üzüm..
Yaşa həyatını, doyunca yaşa,
Vuraram bu ömrü, mən,sənsiz başa.
Alət çubuğuna keç