Qardaş ölkə Azərbaycanı TƏBRİK ETDİ

Pakistan Azərbaycanı təbrik edib.

Ölkənin Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ məsələsinin beynəlxalq hüquq və BMT-nin aidiyyəti qərarları istiqamətində həllinə qovuşdurulmasını daim dəstəklədiyini bildirib.

Açıqlamada münaqişə tərəfləri arasında əldə olunan atəşkəsdən məmnuniyyət duyulduğu ifadə edilib: “Qardaş Azərbaycan xalqını və hökumətini torpaqlarının azadlığı münasibətilə təbrik edirik. Bunun bölgədə yeni sabitlik və rifah çağına yol açacağına və ölkəsində köçkün edilən insanların atalarının torpaqlarına geri qayıtmasını asanlaşdıracağına inanırıq”.

Zümrüd

Alət çubuğuna keç