Qarabağda xüsusi iqtisadi rejim tətbiq oluna bilər – AÇIQLAMA

“Bu il işğaldan azad edilmiş Qarabağ bölgəsində istehsal proseslərinə başlanılacaq”.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin müdiri Hüseyn Hüseynov deyib.

Onun sözlərinə görə, bu, ölkənin iqtisadi inkişafına tövhə verəcək.

“Müxtəlif beynəlxalq təşkilatlar Azərbaycanda növbəti illərdə iqtisadi artımla bağlı müxtəlif proqnozlar verir. Məsələn, Beynəlxalq Valyuta Fondu 2% artım gözləyir. Amma İqtisadiyyat Nazirliyi olaraq biz iqtisadi artım məsələsinə daha nikbin yanaşırıq. Çünki 2021-ci ildən Qarabağın potensialının Azərbaycan iqtisadiyyatına, ümumi daxili məhsulumuza əlavə dəyər qatacağı gözlənilir”, – deyə o, qeyd edib.

Bundan başqa, nazirlik rəsmisi bildirib ki, Qarabağda xüsusi iqtisadi rejimin tətbiq edilməsi imkanları nəzərdən keçirilir: “Bu rejimdə güzəşt məsələləri öz əksini tapacaq”.

Alət çubuğuna keç