Qarabağda, uğrunda şəhid olmuş Sənan Rustəmovun əziz xatirəsi anıldı.

Azərkitab mərkəsində 1992 il may ayının 15 də qəhrəmanlıqla şəhid olmuş Sənan Hacı Əkbər oğlu Rustəmovun xatirəsinə həsr olunmuş anım tədbiri təşkil olunmuşdu.Tədbiri giriş sözü ilə acan “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyinin prezidenti Tofiq Əli-zadə bildirdi ki, , Qarabağda gedən döyüşlərdə ölüm-dirim savaşına girən, vətən yolunda, torpaq uğrunda şəhidliyi üstün tutan oğullarımız çox oldu. Sənan Rüstəmov 1988-ci ilin fevral ayından başlayan Milli Azadlıq hərəkatına qoşulur və hamı kimi o da gecələr ermənilərlə qonşu kəndlərimizdə keşik çəkir. Sənan 1991-ci ilin may ayında həqiqi hərbi xidmətə çağrılır və hərbi xidmətini Qusar rayonunda davam etdirir. Qarabağda ermənilərin fəallaşmasından, kəndlərimizə daim quldurcasına hücumlardan narahat olan Sənan rus ordusunda xidmətdən imtina edərək 60 nəfər əsgərlə Bakıya- Müdafiə Nazirliyinə gəlir və Qarabağda xidmət göstərmək Vətəni qorumaq niyətində olduların bildirirlər. Üç gün ərzində müraciətlərinə cavab ala bilmədikdə, Sənan 17 nəfərlə birlikdə Ağdamda – Xaçınstroyda yerləşən Şirin Mirzəyevin bataliyonuna gələrək orada xidmətin davam etdirir. Sənanın fiziki hazırlığı və qorxmazlıq, cəsarətliliyin nəzərə alaraq onu kəşfiyatçı rotasına qəbul edirlər. 1992-ci il yanvar ayında erməni-rus birləşmələrinin güclü hücumu zamanı Sənan xeyli sayda düşmən qüvvəsini məhv etmiş, özü isə ayağından yaralanmasına baxmayaraq özünə ilkin tibbi yardım edərək, əməliyat qurtarana qədər döyüş ərasindən çıxmamışdır. Daha sona cıxış edən onun döyüçş dostları dedilərr ki,”Mən şəhid olum, təki vətən sağ olsun!” – deyən gənclərimizdən biri də Sənan Əkbər oğlu Rüstəmov idi. Hacı Əkbər üç oğlu ilə 1988-ci ildən ermənilərə qarşı döyüşlərin önündə gedənlərdən olmuşdu. 1992-ci ilin yanvar ayında erməni-rus birləşmələrinin güclü hücumu zamanı Sənan xeyli sayda düşmən qüvvəsini məhv edib, özü isə ayağından yaralanıb. Buna baxmayaraq, əməliyyat qurtarana qədər döyüş ərazisindən çıxmayıb. Şirin Mirzəyev onu rota komandiri təyin edəndən sonra Sənanın döyüş ruhu daha da yüksəlib. Sənanın sonuncu döyüşü Abdal-Gülablı uğrunda 15 may 1992-ci ildə olmuşdu və orada şəhidlik zirvəsinə yüksələrək, əbədi olaraq insanların və Sənansevərlərin qəlbində özünə yer salmışdı.

 

Alət çubuğuna keç