Qarabağda SON VƏZİYYƏT

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin hərbi qulluqçuları Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında mühəndis kəşfiyyatı və mina təmizlənməsi işlərini davam etdirir.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, istehkamçılar son 1 gündə Qarabağda 1300-dən çox partlayıcı obyekti zərərsizləşdirib.

Onların IMP-S2 mina detektorları və INVU-3M müasir axtarış vasitələri ilə təchiz olunduğu bildirilib. Mühəndis kəşfiyyatı zamanı mina aşkarlama köpəklərindən də istifadə olunur.

Həmçinin, ötən gün ərzində Xankəndi şəhərində ərazinin mühəndis kəşfiyyatı və minalardan təmizlənməsi işləri aparıldığı qeyd edilib.

Ümumilikdə, Dağlıq Qarabağda minaların təmizlənməsi zamanı (23 Noyabr 2020-ci il tarixdən) təxminən 195 hektar ərazi, 87 km yol, 423 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib, 3 min 500-dən çox partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.

Aşkarlanmış partlayıcı obyektlər və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş bir poliqona aparılaraq, evakuasiya edilə bilməyən döyüş sursatları bütün lazımi təhlükəsizlik tədbirləri ilə yerində məhv edilir.

Zümrüd

Alət çubuğuna keç