Qarabağa gələcək Türkiyə hərbçilərinin sayı bəlli oldu – Rusiya MN-dən AÇIQLAMA

Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarətlə bağlı birgə mərkəz barədə razılığa gəlib”.

Oxu24.com-un verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, Birgə mərkəzin şəxsi heyəti iki ölkədən bərabər həcmdə olacaq:

“Rusiya Müdafiə Nazirliyi və Türkiyənin Milli Müdafiə Nazirliyi arasında noyabrın 11-də imzalanan memoranduma əsasən, atəşkəsə nəzarətlə bağlı Birgə Rusiya-Türkiyə mərkəzinin yerləşdirilməsi və idarə edilməsinə dair razılıq əldə edilib.

Mərkəz Azərbaycan ərazisində yerləşəcək.

Birgə mərkəzin təşkilat strukturunda Rusiya və Türkiyə hərbçilərinin sayı bərabər olacaq”. (apa.az)

 

Alət çubuğuna keç