Qəlbimin səsi

Bu günlərdə neftçi – şair Gəray Ağbulaqlının
” Qəlbimin səsi ” adlı növbəti şeirlər kitabı işıq üzü görmüşdür.
Təqdim olunan kitab müəllifin oxucularla 3- cü görüşüdür .
192 səhifəlik kitabda Gəray Ağbulaqlının müxtəlif illərdə yazdığı şeirləri,eləcə də vaxtilə yaşadıqları Zəngəzur mahalının Həriz ( indiki Gorus) rayonunun Agbulaq kəndində eşitdikləri və şahidi olduğu maraqlı və gülməli əhvalatları toplanmısdır.
” Həkəri ” qəzetinin içtimai əsaslarla müxbiri işləyən Gəray Agbulaqlının vətən həsrətlı şeirləri şairə geniş oxucu rəğbəti qazandırmışdır.
” Ekoprint” nəşriyyatında nəfis tərtibatda çap olunmuş kitabın naşiri Ceyhun Əliyev, dizayneri isə İradə Əhmədovadır.
Kitabın redaktoru və ön söz müəllifi isə ( bu sətirlərin müəllifi) Rauf İlyasoğludur .
” Qızıl qələm ” media mükafatına layiq görülmuşGəray müəllimin yurd nisgilli şeirləri olduqca çoxdur.
Bu gun də yorulmadan yazıb yaradır, dogma yurdundan 1988- ci illərdə qaçqın düşmüş dogmalarının iztirablarını dəqiq , faktlarla qələmə alır.
Mehriban və vətənpərvər övladlar böyüdən, sözübütöv , dostluğa sədaqətli bir insan olan Gəray Ağbulaqlıya yeni – yeni yaradıcılıq uğurları və cansağlığı arzulayırıq .
Rauf İlyasoğlu .

Alət çubuğuna keç