Putin və Tramp bir-birindən nəyi öyrənmək istəyib? – ŞƏRH

ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı olub. Əsas 3 mövzu müzakirə olunub: Putinin Şimali Koreya lideri ilə görüşü, Ukraynada prezident seçkisinin nəticələri və Venesueladakı vəziyyət.

Bu haqda Rusiya və ABŞ liderləri – Vladimir Putin və Donald Tramp arasındakı 1,5 saatlıq telefon danışığını şərh edən politoloq Erxan Şahinoğlu feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, Ukrayna mövzusu Trampı o qədər də maraqlandırmır.

“Yəni, Donbasdakı münaqişə ilə bağlı Minsk razılaşması yerinə yetirilir və ya yerinə yetirilmir, bu Trampı az narahat edir”, – Elxan Şahinoğlu qeyd edib.

Politoloq hesab edir ki, Ağ Ev sahibi Putinin Şimali Koreya lideri Kim Çen Inla konkdet nə danışdığını bilmək istəyib:

“Putin sadəlöhv deyil, telefon söhbətində Trampa lazım olduğundan çox məlumat verməzdi. O ki qaldı, Venesuellaya, bu mövzu isə daha çox Putini narahat edir. Çünki Kremlin sahibi görür ki, Vaşinqton düyməyə basıb və Venesuela prezidenti Nikolas Maduronu devirmək istəyir. Putin onu da yəqin bilir ki, Vaşinqtonun dəstəyi ilə Maduronun yerinə gələn istənilən prezident Venesuelanın xarici siyasətini Rusiya istiqamətindən döndərəcək. Rusiyanın Cənubi Amerikadakı tək qalası əldən çıxacaq, bu ölkənin enerji sahəsinə qoyduğu milyardlarla dollar yatırım batacaq. Ona görə də Putin də Trampın Venesuelada nə etmək istədiyini öyrənmək istəyib”.

Alət çubuğuna keç