Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Almaniyadan vətəninə dönən müxalif siyasətçi Aleksey Navalnının Moskvanın Şeremetyevo hava limanında saxlanılmasına münasibət bildirib.
Bu barədə “Podyom” nəşrinə açıqlama verib.
Peskov bildirib ki, bu barədə heç bir şey bilmir:
“Üzr istəyirəm. Onu Almaniyada saxlayıblar? Mənim heç nədən xəbərim yoxdur. Məzuniyyətinin son günüdür və baş verənləri izləməmişəm”.