Paşinyan arvadını döyüş bölgəsinə buna görə göndəribmiş – ÖZÜ AÇIQLADI

Ermənistan Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyana Qarabağdakı separatçı rejimin müdafiə ordusu qərargahının iclasının keçirildiyi bunkeri ziyarət etməyi tapşırıb.

Bu barədə Paşinyan xalqa müraciətində danışıb.

“Həyat yoldaşım mənim göstərişimlə Stepanakertdəki (Xankəndi) generalları ziyarət etdi. Ermənistanın baş nazirinin bir ailə üzvünün səfəri hər zaman mülki şəxslərin şəhərlərdən qaçması barədə xəbərlər eşidən hərbçiləri dəstəkləməyə və mənəvi səviyyəsini yüksəltməyə xidmət edib”.

 

Akopyana görə, bu hadisədən sonra Paşinyan tərəfindən onun Qarabağ müdafiə ordusunun komanda məntəqəsinə gəlməsi qadağan edilib.

Zümrüd

Alət çubuğuna keç