Pandemiya işçi bazarını da alt-üst edib… – Dəbdən düşən ixtisaslar və pul qazandıran peşələr

Hazırda ölkəmizdə koronavirusla əlaqədar karantin rejimi davam edir.

Karantin rejiminin başlaması ilə bir çox müəssisələr fəaliyyətini dayandırıb.

Ümumiyyətlə, bir ilə yaxındır ki, ölkə əhalisi oxşar situasiyada yaşayır. Belə bir dönəmdə ixtisaslaşma məsələsi də böyük əhəmiyyət kəsb etməyə başlayır.

Hazırda ölkədə humanitar sahələrdə işçi qüvvəsinin daha çox olmasının nəticəsidir ki, pandemiya ilə əlaqəli işsizlik artıb.

Maraqlıdır ki, gələcəkdə də fövqaladə halların olacağını nəzərə alan yenu nəsil hansı ixtisaslar üzrə seçimlərə yönələ bilər?

Bu barədə Cebhe.info-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, günümüzn tələblərinə uyğun olaraq, texnologiya sahələri üzrə ixtisas seçimində dəyişikliklər qaçılmazdır:

“Hazırda pandemiya dövrü gələcəyin ixtisaslarını da müəyyənləşdirdi. Belə ki, artıq elektronlaşma, elektron ticarət, informasiya təhlükəsizliyi və informasiya xidmətləri həm pandemiya, həm də post pandemiya dövrü üçün ən zəruri ixtisas və sahələr olaraq, qalacaq. Gələcək birmənalı şəkildə onlayn xidmətlərin üzərindədir, yəni gələcəyimiz robot-texnologiya üzərində qurulacaq. Bu da ixtisas seçimlərində öz təsirini göstərəcək, texnoloji yönümlü ixtisaslara tələb artacaq. Bu insanlar arasında təmasın aradan qaldırılmasına gətirib çıxaracaq. Beləliklə də, humanitar fənlərlə müqayisədə texniki və təbiət fənlərinə ehtiyac qaçılmazdır”.

Ekspert pandemiya ilə əlaqədar tibb sahəsində artan kadr ehtiyacını da gələcəkdə texnologiyanın əvəzələyəcəyini söyləyib:

“Tibb ixtisasına ehtiyac həmişə mübahisəlidir. Çünki artıq yeni texnologiya nəticəsində xəstəliyi uzaq məsafədən belə müəyyən edən cihazlar var. Bu da o deməkdir ki, gələcəkdə bu sahədə də elektronlaşma prosesi güclənəcək, həkimləri müəyyən avadanlıqlar əvəz edəcək. Azərbaycanda isə bu sahə üzrə yeni ixtisaslaşmaya ehtiyac var. Azərbaycanda hazırda 3 ali təhsil pilləsində yüksək ixtisaslı həkim hazırlığı həyata keçirilir. Təbii ki, onlar ənənəvi qaydada kadr hazırlayırlar. Bizə isə pandemiya kimi fövqaladə hallar üçün kadr hazırlığı lazımdır”.

Alət çubuğuna keç