Pandemiya dövründə Dövlət tərəfindən işsizlərə və fərdi sahibkarlara ayrılan yardımlar üçün müraciətlərin edilməsinə dəstək

Hamıya məlum olduğu kimi Coronavirus pandemiyası dövründə elan edilmiş qarantin rejiminə görə bir çox şəxslər işsiz qalmış, sahibkarlara maddi ziyanlar dəymişdir. Azərbaycan Respubplikası Prezsidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən işsizlikdən əziyyət çəkən və qarantin rejiminin ziyan vurduğu sahələrdə çalışan sahibkarlara (mikro) dəstək proqramları icra edilməkdədir. Bu dəstək proqramından yararlanmaq üçün elektron (online) müraciətlər tərtib edilməlidir. Bir çox şəxslər müraciətin edilməsi qaydaları, formaları, tələb olunan sənədlər barəsində məlumatsızdırlar. Bu səbəbdən “Aztəminatlı ailələrə hüquqi yardımın təşkili” təşəbbüsü çərçivəsində istənilən şəxsə müraciətin edilməsi qaydaları və hətta müraciətlərin hazırlanması istiqamətində pulsuz xidmətləri göstərilir.
Məlumat üçün bildirmək istərdik ki, 01 oktyabr 2019 tarixlərindən başlayaraq Qafqaz Tədqiqat Resurs Mərkəzi – Gürcüstan təşkilatının və Niderland Krallığının Xarici İşlər Nazirliyinin dəstəyi ilə həyata keçirilən Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək proqramı çərçivəsində Sumqayıt və yaxın regionlarda “Aztəminatlı ailələrə hüquqi yardımın təşkili” təşəbbüsü icra edilir.
Bu günə kimi işsizlikdən müavinətin alınması üçün 96 şəxsə şifahi məsləhətlər verilmişdir. Bunlardan 24 nəfəri üçün müraciətlər məhz təşəbbüsün icrasına cəlb edilmiş hüquqşunas və könüllülər tərəfindən tərtib edilmişdir. Müraciətlərin 18-i üzrə artıq müsbət nəticə əldə edilmişdir. Bundan əlavə olaraq bildirmək istərdik ki, 29 fərdi sahibraka dəstək proqramına müraciəti üçün müvafiq məsləhətlər verilmiş və bunlardan 21-i üçün müraciətlər tərtib edilmişdir. Dəstək proqramı çərçivəsində maliyyə yardımı almış 14 fərdi sahibkar vardır.
Fəaliyyət çərçivəsində əldə edilmiş nəticələr barəsində ictimayyət mütəmadi olaraq məlumatlandırılacaqdır. Xidmətlərdən yararlanmaq istəyən benefesiarlar +99450 3008788 mobil nöməris (həmçinin Whats up), +99418 642-48-27 ofis nömərsi ilə əlaqə yarada bilərlər. Bu nömrələr vasitəsi ilə benefesiarların ehtiyacları qiymətləndiriləcək və onlar ehtiyac duyduqları xidmətlərə yönəldiləcəkdirlə
Alət çubuğuna keç