Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində ilk turun növbəti matçları keçirilib.
Ikinci oyun günündə 13 qarşılaşma baş tutub.
B qrupunda İspaniya millisi Yunanıstanla oyunda xal itirib. Hərəyə bir qol vuran tərəflər elə hərəyə bir xalla da kifayətləniblər. İsveç yığması isə Gürcüstandan üstün olub – 1:0.
İtaliya da seçmə mərhələyə doğma meydanda start verib. C qrupunda yer alan Roberto Mançininin başçılıq etdiyi kollektiv Şimali İrlandiyanı xalsız yola salıb – 2:0.
I qrupunda İngiltərə millisi San-Marinoya gözlənildiyi kimi darmadağınla qalib gəlib – 5:0.
J qrupunda mübarizə aparan Almaniya yığması isə İslandiyanı topa tutub – 3:0.
DÇ-2022-nin seçmə mərhələsi
I tur
25 mart
B qrupu
İspaniya – Yunanıstan – 1:1
Qollar: Alvaro Morata, 33 – Anastasios Bakasetas, 57 (pen.)
İsveç – Gürcüstan – 1:0
Qol: Viktor Klaesson, 35
C qrupu
Bolqarıstan – İsveçrə – 1:3
Qollar: Kiril Despodov, 46 – Brel-Donald Embolo, 7. Haris Seferoviç, 10. Stiven Tsuber, 13
İtaliya – Şimali İrlandiya – 2:0
Qollar: Domeniko Berardi, 14. Çiro İmmobile, 39
F qrupu
İsrail – Danimarka – 0:2
Qollar: Martin Breytueyt, 13. Yonas Vind, 67
Şotlandiya – Avstriya – 2:2
Qollar: Qrant Henli, 71. Con Makginn, 85 – Saşa Kalayciç, 55; 80
Moldova – Farer adaları – 1:1
Qollar: İon Nikolaesku, 9 – Maynhard Olsen, 83
I qrupu
23:45. İngiltərə – San-Marino – 5:0
Qollar: Ceyms Uord-Prouz, 14. Dominik Kalvert-Lüin, 21; 53. Rəhim Sterlinq, 31. Olli Uotkins, 83
Macarıstan – Polşa – 3:3
Qollar: Roland Şallai, 6. Adam Şalai, 53. Villi Orban, 78 – Kşiştof Pyontek, 60. Kamil Yuzvyak, 61. Robert Levandovski, 83
Andorra – Albaniya – 0:1
Qol: Ermir Lenyani, 41
J qrupu
Almaniya – İslandiya – 3:0
Qollar: Leon Qoretska, 3. Kay Haverts, 7. İlkay Gündoğan, 56
Rumıniya – Şimali Makedoniya – 3:2
Qollar: Florin Tenase, 28. Valentin Mixeyle, 50. Yanis Haci, 86 – Ariyan Ademi, 82. Aleksandar Traykovski, 83
Lixtenşteyn – Ermənistan – 0:1
Qol: Noa Frommelt, 83 (öz qapısına)