Onlar bir neçə yoldaş Şuşanın Daşaltı kəndində düşmənlə mübarizə aparırdılar

Onlar bir neçə yoldaş Şuşanın Daşaltı kəndində düşmənlə mübarizə aparırdılar. Hiyləgər düşmən tülkü kimi pusquda dayanmışdı. Güllə yağışının ara vermədiyini görən Kapitan Noçuyev Surxay döyüşçülərə qayalıqda sığınıb özlərini qorumağı əmr elədi. Döyüşçülər qayalığa kürəklərini söykəyib az da olsa dincəlməyə başladılar. Hər zaman şəkil çəkdirməyin, telefondan istifadə etməyin əleyhinə olan Kapitan, bu dəfə özü dilləndi.
– Əhmədov, ara sakitlik olmuşkən bir xatirə şəkili çək, ölüm- itim zamanıdı. Baxıb buranı xatırlayarsız.
– Baş üstə, yoldaş Kapitan, deyə gizir Əhmədov Məmməd telefonu cibindən çıxardı. maxe Aslanov Cəlal gizirlə kaptanın arasında idi.
Onlar mat qalmışdılar ki, Kapitan Noçuyev şəkil çəkdirir. Çünki heç sevməzdi şəkil çəkdirməyi. İndisə sanki nəsə olacağından qorxurmuş.kimi gözləri çox qayğılı idi. Geyimi və davranışı ilə sıravi döyüşçülərdən seçilməyən Kapitan Nouyev Surxay həm də çox gözəl ürəkli, qızıl kimi insan idi. Döyüşçülərlə çox səmimi rəftar edirdi….
Noyabrın ilk günləri idi. Hava yağışlı və çox soyuqdu. Səhər açılar-açılmaz, gün ölüm- dirim mübarizəsi ilə başladı. Döyüşçülərdən üç nəfər qayalıqlar arasından bir addım atmamış düşmən tərəfdən çox yaxından atılan atəş səsi gəldi. Gizir Əhmədov Cəlalın yaralandığını görüb özünü köməyə yetirdi. “5-45” deyilən düşmən gülləsi Cəlalı sağ çiynindən yaralamışdı. Canının ağrısından və qorunmaq üçün Cəlal azı 50 metr aşağı dərəyə yumalanaraq bir daşa çırpılıb dayanır. Allahın möcüzəsi idi ki ətrafa səpələnən güllələr ondan yan keçirdi. Kapitan tez döyüşçülərdən iki nəfəri Cəlala kömək etmək üçün ayırdı. Gizir Əhmədov və Ağamir Məmmədov Cəlalı yaxınlıqdakı erməni evlərindən birinə gətirirlər. Ev aşağıda yerləşdiyi üçün düşmənlər çox asanlıqla nişan ala bilərdilər deyə onlar evin zirzəmisinə endilər. Zirzəmi daha təhlükəsiz idi. Cəlal çox qan itirdiyi üçün huşunu tez-tez itirirdi. Ac- susuz olmağına baxmayarzq tək istəyi ağrısının kəsməyi idi. Dəhşətli ağrı bütün bədənini bürüyürdü. Yoldaşlar Cəlalın qolunu möhkəm sıxıb bağlamışdılar ki, qan çox itirməsin. Amma bir saatdan bir açırdılar ki, qaralıb çürümə verməsin, yenidən bağlayırdılar. İki gün zirzəmidə əzab çəkən Cəlalı nəhayət yoldaşlar erməniyə məxsus NİVA markalı maşınla ordan çıxartmağa imkan tapdılar. Yolun yarsında onu “sanitarka”ya təhvil verirlər. Bir qədər getdikdən sonra isə köməyə gələn Ambulans ilkin yardım edərək Cəlalı Hadruta gətirir. Daha nə baş verdiyini bilməyən Cəlal gözünü Füzuli qospitalında açanda artıq çox sevdiyi insan 33 yaşlı Kapitan Nocuyev Surxay Əbdül oğlu Şəhidlik zirvəsinə ucalmışdı.
Ruhun şad olsun Şəhid Kapitan.
Adınızı çəkəndə Cəlalın göz yaşlarından necə insan olduğun bəlli olur..
Cəlal isə hal hazırda sağalmaq üzrədi və tezliklə hərbi hissəyə geri dönəcək.
Uğur olsun igid əsgər.
🇦🇿🇦🇿🇦🇿🇦🇿
ŞƏHİD Kapitan Nocuyev Surxay Əbdül oğlu Zəngilan rayonu…
Gizir Əhmədov Məmməd Şabran rayonu.(sağdı)
Məmmədov Ağamir Göyçay şəhəri.(sağdı)
Maxe Aslanov Cəlal Cavanşir oğlu (yaralı)Göyçay rayonu. Qardaşım oğlu.
…(Bu payız üçrəngli olmağı ilə yanaşı həm də qanlı payız oldu.
Necə oğullarımız həyata göz yumdu mənfur düşmın üzündən. Lənətə gəlmişlər)
Alət çubuğuna keç