Netanyahudan kritik açıqlama: “Sülhün olması…”

İsrail parlamentində keçirilən səsvermə nəticəsində Bəhreynlə münasibətləri normallaşdırmaq barədə razılaşma təsdiqlənib.

Parlamentdəki 120 millət vəkilindən 62 nəfəri “hə”, 14 nəfəri isə “yox” deyib.

İsrail Baş naziri Benyamin Netanyahu parlamentdəki çıxışında bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynlə sülh, Sudanla normallaşma heç nədən gəlmədi, siyasətdəki dəyişikliklərin nəticəsidir:

“Son 10 ildə təhlükəsizlik, iqtisadiyyat, kiber və xarici əlaqələrdə, o cümlədən bütün sahələrdə gücümüzü sistematik olaraq gücləndirmişik. İsrail hələ açıq şəkildə imzalanmamış olanlar da daxil olmaqla digər ərəb ölkələri ilə də əlaqələri yaxşılaşdıracaq. Normallaşma toxumları var”.

Qeyd edək ki, İsrail ilə Bəhreyn arasındakı münasibətlərin tam normallaşması üçün “İbrahim Anlaşmaları” 15 sentyabrda Ağ Evdə imzalanıb.


Müəllif: Yeganə Oqtayqızı
Alət çubuğuna keç