Necati Şaşmazın 12 il həbsi tələb olunur – SƏBƏB

Həyat yoldaşı Nagehan Şaşmazın səs yazılarını və “Whatsapp” yazışmalarını qeyri-qanuni yolla ələ keçirib boşanma prosesində məhkəməyə dəlil olaraq gətirən aktyor Necati Şaçmazın 12 il həbsi tələb edilir.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, 11 ayrı səs yazısı və “Whatsapp” yazışmalarını “Whatsapp Web” sayəsində ələ keçirən Necatini Nagehan vəkilləri vasitəsilə məhkəməyə verib.

Prokurorluq Necati Şaşmaz haqda “özəl həyatın gizliliyini üzəçıxarma” və “zəncirvari şəkildə informasiyanın gizliliyini pozma” səbəbilə cinayət işi başladıb. 12 il həbsi istənilən aktyorun məhkəməsi yaxın günlərdə başlayacaq.

Qeyd edək ki, N.Şaşmaz “Kurtlar Vadisi” serialında yaratdığı Polat Alemdar obrazı ilə məşhurlaşıb.

Alət çubuğuna keç