Nazir Cavid Qurbanovun gözünə girmək istəyən işçisini bağışlamadı… – İDDİA

Bu ilin 17-18 fevral tarixlərində Təhsil Nazirliyinin Monitorinq qrupu Kəlbəcər rayon 2 saylı məktəbində monitorinq aparmaq qərarına gəlmişdir.Nazirlik əməkdaşları monitorinq zamanı həm qəribə hadisə ilə,həm də təhsil qanunvericiliyə zidd bir faktla qarşılaşıblar. Monitorinq qrupu dərs vaxtı tezdən təxminən saat 11:00 radələrində Kəlbəcər rayon 2 saylı olublar.Məlum olmuşdur ki,məktəb kollektivi yerli-dibli məktəbdə yoxdurlar.

“Bəs bu kollektiv məktəbi yiyəsi qoyub hara gediblər?”-deyə Monitorinq qrupu araşdırma aparmışlar.Məlum olmuşdur ki,Kəlbəcər rayon 2 saylı məktəbin direktoru Azad Əsgərovun həyat yoldaşının bibisi rəhmətə gedib.Və bütün məktəb kollektivi hüzr məclisinə gediblər.Maraqlı burasındadır ki,hüzr məclisində bütün kollektivin iştirak etməsi göstərişini Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Fazil Zeynalov vermişdir.Sual meydana çıxır ki,Fazil müəllim niyə bu qanunsuz göstərişi verib?

Verilən məlumata görə həmin gun rəhmət gedən qadın “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun yaxin qohumu imiş.Məhz buna görə Kəlbəcər RTŞ-nın müdiri Fazil Zeynalov,yəqin ki,Cavid Qurbanovun gözünə girmək üçün bu qanuna zidd addımı atıb.

Təhsil Nazirli Monitorinq qrupu araşdırmadan sonra təhsil ocağında baş vermiş bu qanunsuz faktına hüquqi qiymət vermişdir.Beləki,Kəlbəcər RTŞ-nın müdir Fazil Zeynalova töhmət,2 saylı məktəbin direktoru Azad Əsgərova isə şiddətli töhmət vermişdir.Töhmətin surətini sizə təqdim edirik.

Görünəni odur ki, Ceyhun Bayramov bir təhsil müdirinin Cavid Qurbanova yarınmaq niyyətiylə atdığı addımını layiqincə qiymətləndirməklə “həm də kimin qohumu olursan ol, işini gör” şərtini də əldə rəhbər tutub. Buna görə, nazirə təşəkkür düşür…

Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.
Turantv.az

Nazir Cavid Qurbanovun gözünə girmək istəyən işçisini bağışlamadı...

Alət çubuğuna keç