Nərimanov rayon İcra başcısı və millət vəkili sakinlərlə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev canablarının tapşırıgı və rəhbərliyi ilə hər il rayon icra hakimiyyəti başçılarının ,dövlət məmurlarının vətəndaşlarla mutəmadi olaraq görüşləri keçirilir, sakinlərın problemləri yerindəcə operativ olaraq həll olunur. Belə səyyari görüşlər hər bir vətəndaşda xoş ovqat yaradir . Çünki, sakinlər qəbullara yazılarkən həm vaxt itkisinə yol verir, həm də hansisa idarə rəhbərini tapmaq üçün saatlarla gözləməli olur .
Bu dəfəki səyyar görüş Bakının Nərimanov rayonundakı məhlələrdən birində keçirildi .
Rayon icra hakimiyyətinin məsul şəxslərinin , həmin rayondan Milli Məclisə deputat seçilmiş millət vəkili Adil Əliyevin və rayon sakinləri ilə görüşü keçirilmişdir .
Rayon icra hakimiyyətinin başçısi Abdin Fərzəliyev tədbiri açaraq sakinləri salamladi . İcra başçısi ölkədə gedən geniş tikinti- abadlıq və quruculuq işlərindən sohbət acaraq Ölkə Prezidentinin tapşırıqlarını rəhbər tutaraq hər zaman sakinlərin yaninda olduqlarıni bildirdi . Abdin Fərzəliyev vurguladi ki, hər bir vətəndaşın ərizə və şikayətləri yerində araşdırılır və tədbir görülür . İndi isə kimin nə sualı ,problemi varsa buyursun. Acıq havada sakinləri maraqlandiran suallar yerində həll olundu . İnsanların üzlərində sevinc hissləri duyulurdu.
4 qardaşi Qarabagda şəhid olmuş Rəsmiyyə xanım yasadıqları Ulduz metrosu ətrafının işıqlandırılmasını, digər bir şəhid anasi isə mənzil şəraitinin yaxşılaşdirılmasını , köhnə liftlərin işləməsindən danısaraq kömək göstərmələrini xahiş etdilər .
Ehtiyyatda olan polkovnik Sucəddin Abdullayev və bir cox sakinlər millət vəkili Adil Əliyevin xeyirxahlıgından, seçicilərinə göstərdiyi diqqət və qaygıdan danışdı .
Sonra Millət vəkili Adil Əliyev dedi : Əziz sakinlər, siz bu gün bir çox problemlərdən danışdınız.
Rayon icra hakimiyyətinin başçısı Abdin müəllim də göstəriş verdi , inşallah sizin hər bir probleminiz həll olunacaqdir. Amma yaxşi olar ki, siz yazılı surətdə müraciət edəsiniz, biz da araşdıraq, rayon daxilində həll olunasi məsələləri həll edək, elə məsələlər var ki, bizdən asıli deyil. Odur ki, siz müraciət edin, biz də aidiyyatı ünvanlara məktubunuzu göndərək ,həll olunması üçün nəzarətdə saxlayaq .
Sizin bu görüşə gəlməyiniz ,bizi çox sevindirir. Bizim dövlətimiz güclü dövlətdir .Ölkə Prezidentimiz xalqımizın həyat şəraitinin yaxşılaşdirilmasi naminə yorulmadan fəaliyyət göstərir.
Ölkəmizin hər bir bölgəsində geniş quruculuq, abadliq işləri sürətlə davam etdirilir .
Son aylarda əhalimizi düşündürən və problemli kreditlərlə baglı Olkə Prezidentinin humanist addımi hər birimizi çox sevindirdi .Əmək haqları , pensiyalar artirilir . İnsanları düşündürən məsələlər həllini tapır .
Lakin xaricdə yaşayan bəzi insanlar Azərbaycan xalqına, dövlətimizin apardigi ugurlu fəaliyyətinə qarşı qarayaxma kompaniyası aparırlar .
Ölkəmizdə sabitliyi pozmaga çəhd görsərənlər xalqımızı istəməyən qüvvələrdir . Lakin dövlətimizin gücü artdıqca insanlarımizın həyat şəraiti də günü- gündən yaxşılaşır .
Aprel döyüşlər…

Alət çubuğuna keç