MÜZƏFFƏR AZƏRBAYCAN ORDUSU XALQIMIZIN QÜRUR MƏNBƏYİDİR!

Azərbaycan xalqı 2020-ci il 27 sentyabr və 10 noyabrda böyük tarixi qələbəylə hərb tariximizə qızıl həriflərlə yazılan Vətən müharibəsini hələ üzun illər xatırlayacaqdır.

Azərbaycan Prezident və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin QARABAĞ AZƏRBAYCANDIR şuarı ilə başladığımız ümumxalq savaşında igidlərimiz, Müzəffər ordumuzun qəhrəman oğullarımızın göstərdikləri igidlikləri, sücayətləri qəhramanlıqlar dillər dastanı olacaqdır.

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli və dönməz siyasəti, Azərbaycanın Müzəffər Ordusunun qüdrəti, Şəhidlərimizin, yaralı hərbi quluqşularımızın qanları bahasına əldə etdiyimiz tarixi qələbə, böyük zəfər bizə mənliyimizi, kimliyimizi qaytarmaqla yanaşı Azərbaycan dövlətinin və xalqının nəyə qadir olduğunu bütün dünyaya tanıdaraq nümayiş etdi. 30 ilin həsrətini 44 günlük Vətən müharibəsində əskərlərimizin gücüylə qalib gələrək son qoyuldu.

Azərbaycan Silahlı Qüvələri ilə birlikdə, Əfqanıstan, Qarabağ müharibə veteranları və hərbiçiləri könüllü olaraq yenidən orduya səfərbər olub Vətən müharibəsinə yollanaraq əbədi və əzəli torpaqlarımızın ermənilərdən azad edərək, şəhidlərimizin və dədə babalarımızın ruhlarını şad etdik. Azərbaycanın dilbər güşələri olan rayonlarımız yadelli işğalçı düşmən tapdağından təmizlənərək azad edildi.

Azərbaycan Ordusu Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli iradəsi və Azərbaycan xalqının həmrəyliyi ilə Azərbaycan Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyat keçirdərək bütün dost və düşmən dövlətlərinə 44 günlük qısa bir zamanda göstərərək, işğalçı ermənistan ordusununu iti qovan kimi qovaraq işğal olunmuş torpaqlarımızı azad edərək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.

Bu şanlı qələbəmizin əldə edilməsi üçün biz ilk öncə Vətən müdafiyəsində şəhid olmuş Şəhidlərimizə. Sağlamlığlarını itirmiş qazilərimizə və bu müharibədə qətiyyətlik və dönməzlik nümayiş etdirərək siyasi savadı ilə beynəlxaq aləmdə ən böyük təbliğat apararaq düşməni rüsvay edərək susduran Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cənablarına minnətdarığ.

Bu gün, Azərbaycanın əldə etdiyi qələbə ilə yanaşı ölkəmizdə vətəndaş həmrəyliyi yarandı. .Xalğımız üçün bunların hamısı sevindirici haldır.

Bundan sonra bizim boyumuzda böyük bir məhsuliyyətli və tapşırıq qalır. Biz nəyin bahasına olursa olsun çoxsaylı şəhidlərimizin qanları bahasına azad etdiyimiz torpaqlarımızı göz-bəbəyimiz kimi qoruyaraq gələcək nəsillərə ötürək.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş insanların adı daimi qəlbimizdədir! Onların xatirəsi bizim üçün əzizdir, onlar bizim qəlbimizdən çıxmaz, unudulmaz! Nəqədər Azərbaycan xalqı, Azərbaycan dövləti var şəhidlərimizdə yaşayırlar və yaşayacaqlar!

Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda canından keçmiş bütün şəhidlərimizə Allah rəhmət eləsin!

 

SƏRRAF ORUC,

Azərbaycan Respublikası Beynəlmiləlçi Döyüşçülər Fondunun Prezdenti,

Əfqanıstan və Qarabağ mühabələrinin veteranı.

 

Alət çubuğuna keç