Müdafiə naziri 20 milyonluq villa tikdirib? – Şok açıqlamalar/Video

Müdafiə naziri Zakir Həsənov Bakının Yasamal ərazisində 20 milyonluq villa tikdirib. Anaxeber.infio məlumat verir ki, bu ittihamı Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu səsləndirib. GAP sədri Laf TV-nin canlı efirində bildirib ki, “N” saylı hərbi hissə sökülüb, ərazisi özəlləşdirilib və yerində müdafiə naziri özünə bahalı malikanə ucaldıb. Partiya rəhbəri o cümlədən general Rövşən Əkbərovun Ukraynadakı biznesindən, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun villasından danışıb. A.Şakiroğlu həmin villanı göstərməyə hazır olduğunu bildirib. Partiya sədri proseslərin gedişində Z.Həsənovun vəzifəsindən azad olunacağını ehtimal edib. Onun sözlərinə görə, müdafiə naziri bir hərbi hissəni 4 dəfə təmir etdirib, hər dəfə açılışını edib: “Pul silinib, ölkə rəhbərliyi aldadılıb. Faktiki 5-6 milyon yuyulub. Bu vəsaitləri Orduya, hərbçilərimizin ehtiyaclarına, silahlı qüvvələrin hazırlıq səviyyəsində xərcləmək olardı. Deyirdilər ki, vəzifədən çıxarılandan sonra tənqid edirsiniz. İndi fakt Zakir Həsənov vəzifəsi başındadır, tənqid edirik”. Bu iddialarla bağlı MN-nin mövqeyini dərc etməyə hazırıq.
Anaxeber.infio
Alət çubuğuna keç