İsrail Müəllimləri Həmkarlar İttifaqının sədri Yaffa Ben-David gələn çərşənbə axşamı gününədək – yəni yanvarın 12-dək müəllimlərin koronavirusa qarşı aşılanmasına başlanmayacağı təqdirdə məktəblərin tətil edəcəyini bildirib.
Moderator.az bu barədə yerli mediaya istinadla xəbər verir.
“Müəllimlər digər vətəndaşlar karantində olduğu vaxt özlərini qurban verməməlidirlər. Müəllimlərin peyvəndini təxirə salmaq üçün heç bir səbəb yoxdur. Tətil sanksiyaları və tam tətil də daxil olmaqla biz sərt tədbirlərdən, etiraz aksiyalarından çəkinməyəcəyik. Peyvənd olmasa, dərs olmayacaq”- deyə həmkarlar sədri xəbərdarlıq edib.
Ben-David müəllimləri peyvənd etmək üçün bütün təhsil müəssisələrini on günlük bağlamağı da təklif edib.
Qeyd edilir ki, 5 yanvarda İsraildə koronavirusla mübarizə üzrə nazirliklərarası komissiyanın iclası keçiriləcək.
Sultan Laçın