Moskvada Qarabağ görüşü: “Ankara prosesin içindədir” – AÇIQLAMA

“Moskva görüşündə Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması, sərhədlərin müəyyənləşməsi, iqtisadi əlaqələrin bərpa edilməsi barədə müzakirə aparılacağı göstərilsə də, ilk növbədə Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən silahlı erməni birləşmələrinin çıxarılması və Ermənistan rəsmilərinin Xankəndinə gəlməməsidir. Bu görüşdə müəyyən razılıqların əldə edildiyini istisna etmirəm”.

Cebhe. info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, bu görüşdə Türkiyə tərəfi iştirak etməsə də, Ankara prosesin içindədir və Moskva ilə birbaşa koordinasiyalı fəaliyyət göstərir:

“Moskva görüşü Türkiyə üçün də önəmlidir və Ankara proseslərin regionda iqtisadi əməkdaşlığa söykənməsinə çalışır”.

Alət çubuğuna keç