Minskdə etiraz aksiyaları: 300-dən çox saxlanılan var

Minskdə icazəsiz etiraz aksiyalarında iştirak edən 300-dən çox etirazçı saxlanılıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə Şəhər İcraiyyə Komitəsi Daxili İşlər Baş İdarəsinin mətbuat xidmətindən məlumat veriblər.

Saxlanılan şəxslərə qarşı “Kütləvi tədbirlərin təşkili və ya keçirilməsi qaydalarının pozulması” maddəsi ilə ittiham irəli sürülüb, onlara qarşı inzibati prosesə başlanılıb.

Bildirilir ki, saxlanılanların bəziləri bundan əvvəl də mitinqlərdə iştirak etdiklərinə görə mühakimə olunublar.

**19:18 (06.12.2020)

Minskdə icazəsiz etiraz aksiyalarında həbslərə başlanılıb.

Xəbəri Tut.by telegram-kanalı yayıb.

Bir müddət bundan əvvələ qədər 35 nəfərin saxlanıldığı bildirilirdi. Onlar şəhərin müxtəlif rayonlarında həbs olunublar.

Qeyd edilib ki, etiraz iştirakçıları kütləvi həbslərdən qaçmaq üçün şəhərin mərkəzində yox, öz evlərinin yaxınlığındakı küçələrdə toplaşırlar.

Alət çubuğuna keç