Merkelin istefası, bölünmüş ABŞ – 2021-ci ildə yaşanması gözlənilənlər

“Eurasia Group” konsaltinq şirkəti 2021-ci ildə dünyanın üzləşə biləcəyi 10 riski açıqlayıb.

İlk sırada “bölünmüş Amerika” göstərilib.

Mütəxəssislərin fikrincə, Cozef Baydenin iqtidara gəlməsi ilə ABŞ əhalisinin yarısının hər yeni prezidenti qeyri-qanuni görəcəyi dövr başlayır.

Yeni ilin ikinci başlıca riski COVID-19 pandemiyasıdır. Mütəxəssislər vaksinasiyada cəmiyyətin varlı-kasıb təbəqələşməsinin daha da böyüyəcəyini, bunun da bir çox ölkədə xaosa səbəb olacağını ehtimal edir.

Üçüncü sırada iqlim dəyişikliyinə qarşı mübarizə yer alıb. Bunun beynəlxalq rəqabətə yol açacağı ifadə edilir.

2021-ci ilin əsas qlobal riskləri arasında yer alan digər amillər: ABŞ-Çin gərginliyinin artması, beynəlxalq informasiya mübadiləsində çətinliklər, rəqəmsal sahədə qlobal münaqişə, ucuz neft qiymətləri səbəbilə Yaxın Şərq ölkələrində iqtisadi geriləmə, Almaniya kansleri Angela Merkelin planlanan istefası, Latın Amerikasında pandemiya fonunda bəzi ölkələrdəki seçkidən doğan siyasi və sosial böhran.

Zümrüd

Alət çubuğuna keç