Masallıda Bələdiyyə sədri şəhid atasını təhqir etdi: “Sənin…” — ŞOK VİDEO

Azərbaycanda zaman-zaman aydı-ayrı məmurların şəhid ailələrinə, Qarabağ  qazilərinə qarşı kobud davranışların, onlara qarşı haqsız münasibətlərin şahidi olmuşuq. Düşünürdük ki, Vətən müharibəsindəki böyük qələbədən sonra bir az da olsa vicdanı olan məmurların bu davranışı dəyişəcək. Onlara qarşı haqsızlıq edənlərin sayında kəskin azalma olacaq, hüquq-mühafizə orqanları belə məmurları vaxtında cəzalandıracaq.

Bu video Masallı rayonunda çəkilib. Kənd sakini olan şəhid atası qarşılaşdığı problemlə bağlı bələdiyyə sədrinə müraciət etsə də, çox kobud reaksiya ilə qarşılaşır. O, bələdiyyə sədrinin problemini nəinki həll etdiyini, əlavə problemlər yaratdığını da bildirir. Bələdiyyə sədri şəhid atasını təhqir etməkdən çəkinmir: “Sənin başın işləmir, elə bilirsən ki, heç kimin başı işləmir. Şəhid atasısan deyə, nə gəldi deyəcəksən!”.

Sonra isə bələdiyyə sədri “mənim oğlum sənin oğlundan da betər yerdədir. Karona xəstəxanasında işləyir bütün günü” deyir. Bu təhqirlərdən sonra şəhid atası bələdiyyə sədri ilə mübahisəni kəsir.

Masallı rayon İcra Hakimiyyətinin, aidiyyatlı dövlət qurumlarının şəhid atasının problemi ilə maraqlanacağını, kobudluq edən bələdiyyə sədrinə lazımı cəza veriləcəyini ümid edirik. (yenisabah.az)

Alət çubuğuna keç