Martda pandemiya ilə bağlı vəziyyət kökündən dəyişəcək və…

Dünya Səhiyyə Təşkilatı koronavirus pandemiyası ilə bağlı vəziyyətin mart ayında çevriləcəyinə ümid etdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə ÜST Baş Direktoru Bryus Eylvard Cenevrədə keçirilən 73-cü Dünya Səhiyyə Assambleyası zamanı söyləyib: “Hazırda dünyada həyata keçirilən müstəsna tədbirlər pandemiya ilə bağlı mövcud vəziyyəti mart ayında əsaslı şəkildə dəyişdirəcək. O vaxta qədər COVID-19 ilə mübarizə üçün bütün lazımlı terapiya, mexaniki ventilyasiya və fərdi qoruyucu vasitələr, deksametazon daxil olmaqla, kifayət qədər dərman preparatları istehsal olunacaq. Ancaq ən əsası ÜST peyvəndin ortaya çıxmasını gözləyir” .

Bundan əlavə, təşkilat 2021-ci ilin mart ayında koronavirus diaqnozunu müstəqil şəkildə təyinetmə testlərinin ortaya çıxmasını gözləyir.

Aytən Məftun

Alət çubuğuna keç