Mətbuat Trampla Pens arasındakı düşmənçiliyi üzə çıxardı

ABŞ-ın hazırkı prezidenti Donald Tramp Kapitoliyə 6 yanvarda baş vermiş basqınla bağlı vitse-prezident Mayk Pensə bir dəfə də zəng etməyib.

Rubrika.Az xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbələrə istinadən NBC kanalının müxbiri Halli Cekson məlumat verib.

Qeyd olunur ki, siyasətçilər arasındakı münasibətlər indi yaxşı kimi xarakterizə edilə bilməz. Məlum olub ki, Tramp Kapitoliyə öz tərəfdarlarının basqını zamanı bunkerdə ailəsi ilə gizlənən Penslə əlaqə qurmağa çalışmayıb. Tramp 6 yanvar hücumundan sonra da Pensə zəng etməyib. “Bu təəccüblü bir detaldır və düşünürəm ki, [münasibətlərinin] nə qədər düşməncəsinə olduğunu əks etdirir”, – jurnalist məqaləsində qeyd edib.

Qeyd edək ki, Pensin 20 yanvarda ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasiminə getmək istədiyi məlum olub. Eyni zamanda, Bayden Trampın bir qədər əvvəl elan etdiyi tədbirə getməmək qərarını yaxşı qərar adlandırıb.

Alət çubuğuna keç