Məşhur həkimdən koronavirus xəstələrinə TÖVSİYƏ

“Hazırda şəhərdə yaşayan əksər insanlarda vitamin D səviyyəsi aşağıdır. Dünyada isə belə qəbul edilib ki, ümumi insanların 42%-i vitamin D çatışmazlığına məruz qalır. Bədənimizə lazım olan vitamin D-nin əsas hissəsi Günəş şüaları vasitəsi ilə dəridəki xolesteroldan əmələ gəlir”.

 Xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Həkim bildirib ki, günəş işığı və heyvani qidalar vitamin D aşağı olan insanlar üçün yaxşı mənbə sayılır:

“Digər kiçik hissəsini isə biz bəzi bitkilərdən (vitamin D2) və heyvani qidalardan (vitamin D3) alırıq. Günəş şüası da xolesterolu D3-ə çevirir, bu proses bir neçə mərhələdən keçir. D3 qanda vitamin D səviyyəsini 2 dəfə daha sürətli qaldırır. Vitamin D-nin əsas funksiyası qanda Ca və fosforun miqdarını normal saxlamaqdan ibarətdir. Vitamin D olmasa, nə qədər ağartı yesəniz də, Ca bağırsaqlardan sorulmaz. Ca isə sümüklər, immun sistemi, qan laxtalanması, ürək ritmi və s. üçün çox vacib mineral və elektrolitdir. Vitamin D çatışmazlığının ürək xəstəliklərinə, zəif immunitetə, multipl skleroza və bəzi xərçənglərə səbəb olması tam sübut edilib”.

Şahin Məmmədov onu da qeyd edib ki, gündəlik vitamin D ehtiyacı insanın yaşadığı ərazidən, işindən, qidalanmasından, dərisinin rəngindən, yaşından, cinsindən, qandakı hazırkı miqdarından asılı olaraq fərqlidir:

“Bəzi mənbələr göstərir ki, gündəlik tələbat 400-800 TV-dir (10-20 mq), son tədqiqatlar bu dozanın çox az olmasını göstərir. Çünki qanda vitamin D-nin hədəf miqdarı 33 ng/ml ya 84 mmol/l götürülməlidir. Bu səviyyədə kolorektal xərçəng ehtimalının 50%, ürək xəstəliyinin isə 10% azalmasını tədqiqatlar sübut edib.

Qanda vitamin D-nin bu səviyyəyəsinə çatmaq üçün gündə 1000 TV vitamin D qəbulu insanların 50%-i üçün yetərli olub. 2000 TV isə bu səviyyə üçün insanların 100%-nə kifayət doza olub. Amma gündəlik 4000 TV-dən çox qəbul etmək olmaz.

COVID-19 pandemiyası ilə əlaqədar böyüklərə gündəlik 1500-2000 TV vitamin D qəbul etməyi tövsiyə edirəm. Çünki vitamin D çatışmazlığı ilə koronavirus pnevmoniyasının ağır keçməsi arasında əlaqə artıq sübut edilib”.

Aytən Məftun

Alət çubuğuna keç