Mənəviyyat carcisi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci il üçün elan etdiyi 1-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin layihəsinə əsasən Şuranın maliyyə dəstəyi ilə “Mənəviyyat carçısı” adlı sənədli filmin çəkilişində çıxış edən AMEA Rəyasət Heyətinin Vitse-prezidenti İsa Həbibbəyli, AMEA professoru Cəbi Bəhrəmov, Binəqədi İH müavini Ramiz Göyüşov, Millət Vəkili Jalə Əliyeva – xeyriyyəçiliyin əsasını qoymuş şəxsiyyətlərdən olan Ağa Musa Nağıyevin Azərbaycanda XIX əsrin sonu XXəsrin əvvəllərində iqtisadiyyatın inkişafı uğrunda ilk addımların atılmasında tarixdəki rolu haqda, həmçinin miras qoyduğu ən böyük əsəri sayılan İsmailiyyə binasının xalqa bu günkü xidmətindən söz açaraq, bu sənət abidəsinin ermənilər tərəfindən yandırılması səbəblərini açıqladılar.
Filmdə 1920-ci ilin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğradıqdan sonra hakimiyyətə gələn bolşeviklərin Ağa Musa Nağıyevin də adını tarixdən silmək cəhdləri ətrafında tutduqları mövqeləri haqqında, eləcə də Nağıyev irsinin Azərbaycanın tarixində yenidən yaşamasında nəvəsi Dilarə Nağıyevanın rolundan danışacaq Millət Vəkili Ziyad Səmədzadə, Səbail Rayon YAP sədri Şəmsəddin Hacıyev, tarixçi Firdovsiyə xanım, Jurnalist Flora Xəlilzadə, AMEA Tarix İnstitutunun şöbə müdiri Nigar Axundova da çıxış edəcək.

Alət çubuğuna keç