Lənkəranda quduzlaşmış itlər 9 nəfəri dişlədi

Lənkəranda quduzlaşmış itlər sakinlərə hücum edib.
Dunyaxeber.info “Report”a istinadla verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Liman şəhərində baş verib.

Bildirilir ki, 9 nəfər – 1999-cu il təvəllüdlü Kazımlı Tural Sadiq oğlu, 1974-cü il təvəllüdlü Muradov Tahir Vəliəhd oğlu, 1959-cu il təvəllüdlü Əkbərov Meysəm Ağakərim oğlu, habelə Həbibov Zahid Fərhad oğlu (1988), İsmayılova Nailə Abdulhəsən qızı (1957), Hüseynov Şakir Cənnət oğlu (1955), Aslanlı İsa Rövşən oğlu (1994) və Məmmədov Əlifağa Ələkbər oğlu (2000) it dişləməsi diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər.

Daha bir nəfər isə ambulator yardımdan sonra evə buraxılıb.

Alət çubuğuna keç