Koronavirusdan sağalan şəxslər barədə yeni araşdırma şoka saldı: 8 ay…

Avstraliyalı alimlər koronavirusa yoluxan şəxsin, 8 aya qədəryenidən bu virusa yoluxmadığını təsbit ediblər.

Sfera.az xəbər verir ki, elm adamları COVID-19 diaqnozu qoyulmuş 25 xəstədən və virusa yoluxmayan 36 nəfərdən alınan qan nümunələrindən bu nəticəyə gəliblər.

Araşdırmaya görə, COVİD-19 xəstələrinin qan nümunələrində simptomların başlamasından 20 gün sonra antikorların təsirinin itdiyi müşahidə olunur.

Ancaq yaddaş B hüceyrələri qalmağa davam edir. Bu hüceyrələr xəstə olub sağalmış şəxsin 8 ay boyunca koronavirusa yoluxmamasını təmin edir.

Qeyd edək ki, alimlər bundan öncəki araşdırmalarda yoluxub sağalmış şəxslərin 3 ay boyunca yenidən yoluxmaq ehtimalının olmadığını açıqlamışdılar.

Daha sonra bu müddətin 6 ay olduğu açıqlanmışdı.

Alət çubuğuna keç