Koronavirusa yoluxanlara pasport veriləcək – İLGİNC TƏKLİF

Koronavirus pandemiyası səbəbilə turizmdə ağır itkilər yaşayan Avropa İttifaqı alternativ axtarışlara keçib.

 İttifaqın müvəqqəti sədrliyini icra edən Xorvatiya üzv ölkələrin turizm nazirləri ilə sektorun vəziyyəti ilə bağlı müzakirələr aparıb.

Toplantıda koronavirus böhranının turizm üzərində dağıdıcı təsirini azaltma yollarını axtarmaq üçün tələblər səsləndirilib. İtaliya, Yunanıstan, İspaniya, Portuqaliya, Fransa, Malta, Kipr, Bolqarıstan və Rumıniya Avropa Komissiyasına turizmi təcili şəkildə Aİ Xilas Planına daxil etməsini istəyib.

Xorvatiyanın Turizm naziri Qari Kapelli Avropa İttifaqının ortaq səyahət protokolu və “COVID-19 pasportu üzərində işlədiklərini bildirib: “Bu pasport səyahət etmək istəyən hər Aİ vətəndaşının virusu müəyyən etmək üçün etibarlı testə sahib olmasını təmin edəcək”.

Yunanıstanın Turizm naziri Çaris Teokaris isə testin turistin ölkəsində keçirilməsinin vacib olduğunu vurğulayıb: “Məsələn, bir alman vətəndaşı Yunanıstana gəlmək istəyirsə, bu test Almaniyada keçirilməlidir”.

Almaniya və Avstriya da pasport təklifinə müsbət baxıb. Kapelli pasport tətbiqi daxil olmaqla, təcili qərarların mayın sonuna qədər dəqiqləşdiriləcəyini bildirib.

Turizm Aİ ölkələrinin gəlirlərinin 10%-i, milli gəlirlərin isə 12%-i deməkdir. Yəni iqtisadi böhrandan qurtulmaq üçün ən təcili tədbirlərin görülməsi vacib olan sektorlardan biridir. Lakin Aİ ölkələri səyahət qaydalarına ehtiyac olacağını bildirir və karantin, səyahət qadağalarının nizamsız şəkildə genişləndirilməsinin turizm sektorunu daha da pozacağından narahatdır.

Ümumdünya Səhiyyə Təşkilatı isə bu tip pasportların verilməsinə qarşı çıxır. ÜST bildirir ki, koronavirusun ikinci dəfə yoluxub-yoluxmaması ilə bağlı dəqiq sübut yoxdur.

Zümrüd

Alət çubuğuna keç