“Köpəkləri müqəddəsləşdirməyin” – Nikol Paşinyan

Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bunu öz “Facebook” səhifəsində yazıb. Nikol Paşinyanın bu ifadə ilə xalqa müraciət etdiyi deyilir.

“Köpəkləri müqəddəsləşdirməyin. İncilərinizi donuzların önünə atmayın”, – deyə yazılan hissənin İncildən götürüldüyü bildirilir. Nikol Paşinyanın burada xalqla müxalifətin münasibətlərinə işarə etməyə çalışdığı bildirilir. Belə ki, Paşinyan xalqı müxalifətə ümid bəsləməməyə çağırır. Baş nazirin bu ifadələri həmçinin insanların müxalifətə etimad etməməli olduğunu söyləməyə çalışdığı kimi də izah edilir.

Qeyd edək ki, Ermənistanda 10 noyabrdan bəri baş nazir Nikol Paşinyanın istefası tələbi ilə genişmiqyaslı aksiyalar keçirilir. Keçmiş baş nazir Vazgen Manukyanın rəhbərliyi ilə birləşmiş müxalifət “Vətənin xilası üçün ittifaq” adlı blok da yaradılıb. Birləşmiş müxalifətin baş nazirliyə vahid namizədi də Vazgen Manukyandır.

Alət çubuğuna keç