Jurnalistlər binasında ev alan xanım Aşıqlar Birliyinin üzvü deyilmiş… – AÇIQLAMA

Xəbər verdiyimiz kimi KİVDF-nin sabiq sədri Vüqar Səfərlinin 2013-cü ildə jurnalistlərin binasında Aşıq Gülayə Şınıxlıya (Gülayə İsrafil qızı Şınıxlı) ev verməsi cəmiyyətdə birmənalı qarşılanmamışdı. Jurnalistika sahəsində heç bir fəaliyyəti olmayan G.Şınıxlının namizədliyi isə “Respublika” qəzeti tərəfindən irəli sürülüb. G.Şınıxlının AYB-i və həmçinin Azərbaycan Aşıqlar Birliyinin üzvü olduğu bildirilir.
 
Moderator.azın əməkdaşı Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlıyla əlaqə saxlayıb və məsələni dəqiqləşdirmək istəyib.
M.Qasımlı saytımıza açıqlamasında bildirib ki, G.Şınıxlı yox, onu  qızı Könül Bayramova birliyin üzvüdür:
“Gülayə Şınıxlı Aşıqlar Birliyinin üzvü deyil, amma qızı Könül Bayramova bizim üzvdür. G.Şınıxlı aşıq deyil axı bizim üzv olsun. Bu yalan məlumatdır. Aşıq Pəri Məclisinin üzvüdür və bunun da bizə aidiyyatı yoxdur, çünki həmin məclis ayrıca təşkilatdır”.
Vasif Əlihüseyn
Alət çubuğuna keç