“Jurnalistikadan İncəsənətə” adlı fərdi sərgisi təşkil olundu

Həmişə bir birindən gözəl sərgi və tədbirlərin təşkil olunduğu, gələn qonaqların qarşılanmağından yola salınmağına, səliqə və yüksək səviyyədə təşkilatçılığıyla daima fərqlənən Sabir Həsənovun başçılıq etdiyi Azərkitab evində növbəti sərgi keçirildi. Lalə və İsgəndər Sərdarlının “Azərkitab” kitab təbliği Mərkəzində “Jurnalistikadan İncəsənətə” adlı fərdi sərgisi təşkil olundu. Xatırladaq ki; sərgi Mətbuat Şurasının dəstəyi və “Azərkitab”Kitab təbliğatı Mərkəzi’nin təşkilatçılığıyla keçirildi.Sərgidə Lalə və İsgəndər Sərdarlının işlərindən ibarət 60-dan çox əsər nümayiş etdirildi.Tədbir, Mərkəzin lahiyə rəhbəri, Sabir Həsənov’un giriş sözü ilə açıldı və qeyd etdiki bu gün dövlətin incəsənətə qayğısı nəticəsində Azərbaycan “Dekorativ tətbiqi”- sənətinin yaranması,işlənmə texnikasının inkişafı və bu sənətin nümayəndələrinin əsərlərini respublika və bəynəlxalq sərgilərdə uğurla çıxış etdirməsinə gətirib çıxarır.Daha sonra sərgidə səkkiz dəqiqəlik video çarx göstərildi.Sərgidə çox sayıda Şairlər,yazarlar, mətbuat nümayəndələri,təşkilat rəhbərləri, ziyalılar və İsgəndər Sərdarlının dostları iştirak ediblər .Qeyd edək ki ,Sərdar və Lalə Sərdarlı 1987-ci ildən jurnalist kimi fəaliyyət göstərmişlər.Lakin son illərdə tətbiqi incəsənətə meyl göstərmişlər.Bu illər ərzində yaratdıqları sənət əsərlərini nümayiş etdirmək qərarına gəlmişlər.Və bu gündə Macarıstan və Kipr milli muzeylərində sənət əsərlərinin bəziləri sərgilənir.Bizdə İsgəndər və Lalə Sərdarlının yaradılıcığında uğurlar arzu edirik.

Fesih ALİOĞLU

Alət çubuğuna keç