İsraildə koronavirusa yoluxanların sayı 12 500-ü ötdü

İsraildə son sutkada koronavirusdan daha 14 nəfər ölüb.

“Report” “Newsru”ya istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, son 24 saatda İsraildə daha 391 nəfər COVID-19-a yoluxub. Bununla da yoluxanların sayı 12 591-ə çatıb. İsraildə koronavirusdan 140 nəfər ölüb.

174 pasiyentin vəziyyəti ağırdır.

Məlumata görə, aprelin 16-dan yaşayış yerini tərk etməməklə bağlı ümumi qadağa ləğv edilib. Məhdudiyyətlə ictimai nəqliyyatın fəaliyyəti bərpa olunub.

Aprelin 19-da ümumi karantinlə bağlı yeni qaydaların elan ediləcəyi gözlənilir.

Alət çubuğuna keç