İrandan ABŞ-a SƏRT MESAJ: Sonu yaxınlaşdı

İranın Hərbi-Dəniz Qüvvələrlərinin komandanı, kontr-admiral Hüseyn Xanzadi bildirib ki, ABŞ Yaxın Şərqi tərk etməlidir.

Bu barədə “Report” ISNA-ya istinadən xəbər verir.

“ABŞ Fars körfəzinə təyyarədaşıyan gəmisinin göndərilməsi haqqında danışıqlarla müharibə ehtimalını artırmağa çalışır”, – deyə Xanzadi bildirib.

Onun sözlərinə görə, Vaşinqton bu regionu tərk etməyə məcbur edilib.

Xanzadi həmçinin əlavə edib ki, ABŞ-ın Yaxın Şərqdəki mövcudluğunun sonu yaxınlaşıb.

Alət çubuğuna keç