İran Qarabağa ucuz yanacaq daşıyır – Tehrandan ermənilərə növbəti dəstək – VİDEO

İranın Dağlıq Qarabağa neft və neft məhsulları göndərdiyini əks etdirən videonu ermənilər özləri yayıb.

Qarabağda yaşayan erməni fəal bunu kəskin tənqid də edib. Amma öz prizmasından…

Yaydığı videoda erməni bildirib ki, hazırda İrandan gələn yanacaq TIR-ları Xankəndidədir:

“Biz Xankəndidəyik və bu, faktdır: ucuz yanacaq, pul qazanırlar və virus gətirirlər. Bu, cinayət kolonudur…”

O, koronavirusun artıq Xankəndidə olduğunu və bunun qəsdən yayıldığını deyib. Daha sonra o, separatçı və terrorçu Saakyan və onun komandası əleyhinə ittihamlar səsləndirib.

Qeyd edək ki, bu videoda Azərbaycan üçün diqqəti çəkən məhz İran TIR-larının separatçılara ucuz yanacaq daşımasını əks etdirən faktlardır. (axar.az)

 

Alət çubuğuna keç