“İndi bir KİŞİ tapılacaq ki, mənə desin ki, niyə bu günə düşdük?”

Dəyərli dostlar, bu statusu Türküyədə yaşayan dəyərli iş adamı Mübariz Mənsimovun Moskvada fəaliyyət göstərən qeyrətli jurnalistimiz Fuad Abbasovun həbsinə etiraz əlaməti olaraq yazdığı “Biz niyə susuruq” adlı yazısını oxuduqdan sonra münasibət bildirməyi özümə borc bildim ki, mən də öz fikrimi sizə çatdırım.
Amma qeyd edim ki, buna qədər həm M. Mənsimovun, həm də Rusiya azərbaycanlıları konqresinin sədri, iş adamı Füzuli Məmmədovun fikirlərini öz səhifəmdə paylaşmışdım.
Hörmətli dostlar, bir anlığa düşünək ki, hər hansı bir rus jurnalisti Bakıda Azərbaycan polisi tərəfindən o cür təhqirlərə (əslində bu heç mümkün də deyil ) və zorakarlığa məruz qalır, Sizcə, Rusiya dövlətinin reaksiyası necə olardı? İzah etməyə ehtiyac varmı? Bu saata qədər nə PA – nın, nə XİN – nin, nə Rusiyadakı səfirimizin, nə Mətbuat Şurasının, nə aparıcı sayt və qəzet redaktorlarının, nə.Moskvadakı iş.adamlarımızın, nə MM – in, nə görkəmli ziyalılarımızın, nə də bütövlükdə xalqımızın səsi çıxmır. Niyə rus səfiri XİN – nə dəvət edilib ona kəskin etiraz bildirilmir? Niyə Azərbaycan höküməti öz vətəndasına sahib çıxmır? Höküməti başa düşdük, bəs aparıcı müxalifət partiyaları rus səfirliyinin qarşısında etirazını bildirmir və ya bir bəyanat vermir?
Bayaq hörmətli jurnalistimiz Əvəz Zeynallının “düşərgəsini dəyişmiş” (Əvəz bəyin ifadəsidir və yerində işlədib) MŞ – nın üzvü Azər Həsrətlə bu mövzudakı debatına baxırdım. A. Həsrət qeyd etdi ki, Fuad bəy haqqında bir mənanı fikir söyləyə bilmərəm , çünki fəaliyyətinə yaxından bələd deyiləm və haqqında ziddiyyətli fikirlər səslənir , amma həbsini pisləyirəm. Gözləyirdim ki , Əvəz bəy deyəcək ki , ay A. Həsrət , sən necə jurnalistsən və MŞ – nın üzvüsən ki, Fuadın fəaliyyətindən xəbərin yoxdur. Sən Rosiya – 1 – də Salavyovun və digər rus kanallarında erməni – rusların Azərbaycan , Türküyəyə qarşı qərəzli , böhtan xarakterli çıxışlarına Fuad Abbasovun təkbaşına vuruşmasına şahid olmamısan? Bəlkə , bu yaxınlarda Moskvada çeçenlərlə münaqısənin daha da ağır nəticələrinin qarşısını , Rusiyadakı səfirimiz , diasporamız , iş adamlarımız və ya hökümətimiz aldı? Axı hamı şahiddir ki , hadisə baş verdiyi andan Fuad bəy saatlarla , günlərlə , istirahət bilmədən canlı efir vasitəsi ilə həm Azərbaycan xalqını , həm də dünya azərbaycanlılarını səfərbər etdi və bu qanlı münaqişənin böyüməsinə imkan vermədi. Çeçenlərlə görüşdü və məsələ sülh yolu ilə həll olundu. Doğurdanmı , Əvəz bəy , A. Həsrətin bundan xəbəri yoxdur? Var , amma o , buyruq.quludur. Hələ ki , ona və təmsil olunduğu MŞ – na tapşırıq verilməyib. XİN – nin görməli olduğu işi -” Arsenal – Çelsı ” qarşılaşmasına münasibət bildirir. Lap yaxşı. Heç olmasa , orda bir baş redaktor durub dedimi ki , a qardaşlar , gəlin , heç olmasa , jurnalist həmkarımız F. Abbasovun məsələsinə də qlsaca münasibət bildirək. Heç deyə də bilməzdilər , çünki hələ göstəriş almayıblar.
Çox qəribə millətik, xalqıq. Torpaqlarımız 30 ildir işğaldadlr, susuruq. Paşinyan Şuşada yallı gedir, susuruq. Ermənilər dədə – baba yurdumuzu viran edir, bəzi yetlərdə tikinti – abadlıq işləri aparır , susuruq. Hər gün xaraba yurd yerlərimizi videoya çəkib paylaşaraq, üzümüzə qarşı söyür, susuruq. “Qarabağa qayıdışla bağlı” şəkillər, plakatlar paylaşırıq, yayılmasına köməklik edilməsini xahiş edirik., yenə susuruq!!!! İndi də bu Fuad məsələsi! Yaxşı, indi bir KİŞİ tapılacaq ki, mənə desin ki , bizə nə əməl etdilər ki , bu günə düşdük, ancaq qarnımızı düşübür, “məndəb ötsün , qardaşıma dəysin! ” prinsipi ilə yaşayırıq və əgər buna yaşamaq deyiriksə…
 
Vaqif Əlisoy, Qarabağ Qazisi
Alət çubuğuna keç