Polis Akademiyasında kitabı tədris olunan azərbaycanlı gənc xaker

Onları internet vasitəsilə açılmaz kodları sındırmaqla və internet müharibələrinin iştirakçısı kimi də təqdim edirlər. Söhbət xakerlərdən gedir. Sizə təqdim edəcəyimiz şəxs də xakerdir. Onunla həmsöhbət olduq: İlk olaraq, özünüz haqqınızda məlumatdan başlayaq: Vüsal Abbasov – 1993-cü il 27 may tarixində Xızı rayonunda doğulmuşam. 2000-ci ildə orta məktəbə daxil oldum. 2011-ci ildə Bakı Dövlət Universitetinin “Yaxın və Orta şərq və İsrail üzrə Şərqşünaslıq” fakültəsinə daxil oldum. Amma marağım, hər nə qədər ixtisasım humanitar olsa da, kompüter və informasiya texnologiyaları sahəsinə idi. İnformasiya texnologiyalarını öyrənməyə 2010-cu ildən başlamışam. 2016-cı ildə özüm qərara gəldim ki, ölkədə informasiya texnologiyalarının müasir standartlara uyğun olduğunu nəzərə alaraq, insanları maarifləndirim. Əvvəlcə, 2016-cı ildə bloq yazmağa başladım. Sonra, bunları birləşdirib kitab halına gətirmək istədim. 2018-ci ildə kitabı yazmağa başladım. Həmin ilin dekabrında kitab artıq hazır idi. 2019-cu ilin iyul ayında Daxili İşlər Nazirliyinə kitabı göndərdim. İki-üç gün keçəndən sonra, Polis Akademiyasından zəng vurdular ki, cənab general-mayor sizinlə görüşmək istəyir. Kitabı Akademiyaya təqdim etdim. Bir müddət sonra cənab general-mayorun qəbulunda oldum. Qəbulda olarkən, yeni açılmış İnformasiya Təhlükəsizliyi Tədbirləri fakültəsinin tədris planının qurulması haqqında müzakirələrimiz oldu. Daha sonra, məlumatı sistemləşdirib tədris planına uyğun olaraq, əlavələr etdik. Hazırda da İnformasiya Təhlükəsizliyi Tədbirləri fakültəsində kompüter lobaratoriyası ilə bağlı planlar artıq hazırdır. Burada kursantlar öz praktikalarını keçirlər. Gələcək planlarınızda kitabla bağlı nə yenilikləriniz var? Kitab praktika üçün əlverişlidir. Amma yenə də, informasiya təhlükəsizliyi ilə bağlı yeni kitab yazmağı düşünürəm. Bəs kitabı müxtəlif dillərə tərcümə etmək və ya beynəlxalq miqyasda tanıtmaq kimi fikirləriniz var? Əlbəttə, var. Xakerlik beynəlxaqdır. Bir çox ölkədə bu barədə kitablar artıq var. Rusiyada, Amerikada, Türkiyədə hazırda var. Gələcək planlarımda kitabla bağlı əlavələrim sözsüz ki, olacaq. Zaman keçdikcə, məsələn, 10 ildən sonra indiki metodlar işləməyə bilər. Yeni dərsliklər çıxarılmalıdır. Kompüter sahəsi daim inkişafdadır. İnformasiya texnologiyası daim yenilənir deyə, ona dair tədris vəsaiti də yenilənməlidir. Hazırda bu sahə üzrə orta və ali təhsil müəssələrində tədris etmək fikriniz var? Tədris müəssələrində adətən nəzəriyyə keçirilir. Qarşıma bəzi tədris kitabları çıxıb ki, yüksək səviyyədə öyrədilmədiyini göstərir. Amma nəzəriyyə praktiki olaraq yüksək səviyyədə öyrədilsə belə, yenə də əksikliklər var. Polis akademiyasında yüksək səviyyədə xaker yetişdirilirsə, universitetlərdə yetişdirilmirsə, deməli universitelərdə tədris olunan vəsaitlərdə boşluq var. Düzdür, Polis Akademiyasında dövlət səviyyəsində təhlükəsizlik nəzərə alaraq tədris edilir. Amma yenə də universitetlərdə informatika sahəsi bir az aşağıdır və tam olaraq öyrədilmir. Hazırda kitab satış yerlərində varmı? Kitab ilk vaxtlar çapdan çıxanda satılıb. Hazırda “kitab satışı” olan yerlərlə əlaqə saxlamağa çalışsam da, hələ ki, bir reaksiya almamışam. Reaksiya alsaydım, istəyərdim satışda olsun və insanlar yararlansın. Kitab az sayda insana satılıb. Kitabınızın çap olunmasına dövlət və ya digər şəxslərdən maliyyə dəstəyi gəlibmi? Kitabın çap olunmasına, Daxili İşlər Nazirliyi özü tədris kitabı olmasını nəzərə alaraq, dəstək göstərib. Bununla da kifayətlənmək olmaz. Zamanla kitabın yenilənməsinə tələbat olacaq.

 

Alət çubuğuna keç