FUAD HEYDƏR: “PREZIDENTIMIZIN ETIMADINI DOĞRULDUB ÖLKƏMIZIN ADINI YÜKSƏLDƏCƏYIK”

Öz inkişafının tərəqqi dövrünü yaşayan ölkəmiz gənclik sektorunda da yüksəlişini büruzə verməkdədir. Hər il daha güclü formada irəli atılır,yeni ideya,lahiyə və s. təqdim edərək ölkəmizin gənclərini dünyada tanıdır. Təbidir ki, bu yolda ölkə başçısı gənclərimizə dəstəyini əsirgəmir.

Buna misal olaraq, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı qəbul edilib və bu proqram da çox effektiv şəkildə həyata keçirilir. Sözü gedən proqram çərçivəsində həyata keçirilən ən uğurlu layihələrdən biri Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılmasıdır. Təsadüfi deyil ki, məhz Gənclər Fondunun fəaliyyətə başlaması ilə kütləvi sayda gənclərin fəaliyyət və təşəbbüsləri dövlət tərəfindən dəstəkləndi. Bundan başqa, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində 2015-ci ilə qədər gənclərimiz xarici ölkədə təhsil alıb.

2011-ci il dekabrın 19-da Azərbaycan Gənclər Fondu məhz “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının tərkib hissəsi kimi yaradıldı və fonda Prezident tərəfindən ilk olaraq 5 (beş) milyon manat vəsait ayrıldı.

Fevral ayının 1 2019 cu ildə Bakı Konqres mərkəzində keçirən Gənclər Günü ilə bağlı tədbirdə Prezidentimizin çıxışı bütün gənclər üçün yaddaqalan olmuşdur:

“Biz Azərbaycanın dövlət maraqlarının keşiyində nəyin bahasına olursa-olsun durmuşuq. Bu yolda təzyiqlər də, yalanlar da, böhtanlar da, iftiralar da olub. Bunların heç biri bizi öz yolumuzdan döndərə bilməyib. Ona görə ki, biz düzgün yoldayıq. Çünki bilirik ki, bizim siyasətimiz xalqın maraqlarına cavab verir. Əldə etdiyimiz nəticələr, nailiyyətlər, gözəlləşən şəhərlər bütün bədxahlara, bizə zərbə vurmaq istəyənlərə, paxıllıq edənlərə ən gözəl cavabdır. Amma bu proses daimi olmalıdır, davam etməlidir. Buna görə siz gənclər buna hazır olmalısınız, hər şeyi bilməlisiniz. Sizin üçün ən başlıca vəzifə müstəqilliyi, milli maraqları qorumaq, Azərbaycanı yad təsirlərdən qorumaq və xalqımızın rahat həyatını təmin etməkdir. Mən şübhə etmirəm ki, siz buna hazırsınız. Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm. Sizi qarşıdan gələn Gənclər Günü münasibətilə bir daha təbrik edirəm və gənclərə “Eşq olsun!” deyirəm”.

Məndə fəal gənc kimi öz Prezidentimizin etimadını doğruldacağıma söz verirəm və öz adımdan bütün Azərbaycan gənclərini səmimi qəlbdən təbrik edirəm. Ümid edirəm ki, biz gənclər dünyaya səs salaraq ölkəmizin, xalqımızın və ən əsası gənclərimizin adını yüksəldəcəyik.

Fuad Heydər

YAP Səbail rayon Gənclər Birliyinin sədr müavini

Alət çubuğuna keç