BAKI GƏNCLƏR MƏRKƏZI KÖNÜLLÜLƏRI-“BEYNƏLXALQ GƏNCLƏR GÜNÜ”- VIDEO

Bakı Gənclər Mərkəzi “12 avqust – Beynəlxalq Gənclər Günü” video-layihəsini həyata keçirdi

12 avqust – Beynəlxalq Gənclər Günüdür. Gənclik inkişaf, ümid, yenilik, gələcək deməkdir. Müsbət sosial dəyişikliklərlə, ədalət və sülh dünyasının əsasını qoymaq üçün kifayət qədər güclü potensiala malik olan gənclər bütün dövrlərdə cəmiyyətin aparıcı qüvvəsi sayılıb. Bu əlamətdar gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədi ilə qeyd olunur.
Bakı Gənclər Mərkəzinin təşkilatçılığı və “Yeni dövrün yeni könüllüləri”nin iştirakı ilə “12 avqust Beynəlxalq Gənclər Günü” video-layihəsi həyata keçirilib.
Layihə çərçivəsində Bakı Gənclər Mərkəzi könüllüləri müxtəlif dillərdə – türk, ispan, italyan, fransız, ingilis, rus, portuqal və alman dillərində təbriklər səsləndirməklə dünya gənclərini birlik, dostluq devizi altında birləşməyə səslədi.
Qeyd etmək lazımdır ki, Bakı Gənclər Mərkəzinin 100-dən çox könüllüsü müxtəlif silsilə tədbirlərdə iştirak edərək bacarıqlarını nümayiş etdirirlər.

Alət çubuğuna keç