Yenidən sərt karantin ola bilər – RƏSMİ

Ölkə rəhbərliyi biznes fəaliyyətinin bərpa olunması istiqamətində işlər görülür.

Bunu İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib: “Pandemiya bitməyib və nə zaman bitəcəyi məlum deyil. Bu səbəblə qaydalara riayət etməliyik. Vətəndaşların qapalı məkanlara maskasız daxil olmasının qarşısı alınmalıdır. Qaydalara daha tez əməl edən biznes subyektləri fəaliyyətinin səmərəliliyini artırmış olacaq”.

O qeyd edib ki, qaydalara riayət edilmədikdə əldə olunan nəticələr itəcək və yenidən sərt qaydalara üz tutulacaq: “Bu hər birimizin sosial və mənəvi borcumuzdur. Dövlət nəzarət tədbirləri də tətbiq olunacaq. Cərimələr vasitəsilə cəzalandırma mexanizmləri üzərinə iş aparılır. Eyni zamanda rəqamsal texnologiyalarla xidmət sahəsində müsbət dinamika müşahidə edirik. Hökumət də rəqəmsallaşma sahəsində sahibkarlara dəstək istiqamətində dəstək göstərəcək”.

Alət çubuğuna keç