Göyçay Dövlət İdarəetmə Kollecində özbaşınalıq – Yeni nazir də seyrçi qalmaqdadır…

 “Yeni təhsil nazirinin təyin edilməsi bu sahəni şəxsi mülkiyyətinə çevirənlərin, təhsil ocağında rüşvət mənbəyi yaradanların yuxusunu ərşə çəkib.Gənc nazirin islahatçı və rüşvətə qarşı amansız birisinin olması, təyinatından az sonar Bakıda fəaliyyət göstərən 18 məktəb direktorunu işidən azad etməsi ilə işinə məsuliyyətsiz yanaşan şəxslərə münasibətdə güzəşt olunmayaçağı mesajını verdi”. Bu sözlər DİA.AZ-a göndərilən məqalədə yer alıb.

Daha sonra məqalə müəllifi yazır: “Təbii ki bu cür vəziyyət çoxlarının planlarını alt-üst etdi.Rüşvət almaq və yarıtmaz fəaliyyəti ilə Göyçay Dövlət İdarəetmə Kollecində böyük narazılıqlar yaradan heç bir pedaqoji təhsili olmayan yalnız nazirlikdə ümümtəhsil şöbəsinin müavini işləyən oglu Orxan Abbasovun(onunda ixtisasının baytar olduğu deyilir)şəxsi münasibətləri ilə bu təhsil ocağına direktor gələn İrşad Abbasovun da böyük narahatçılıq kecirtdiyi bildirilir.Belə ki keçən ayın əvvəlindən iş yerində olmayan və yaşadığı Gəncə şəhərinə gedən direktor yeni nazirin təyinatından sonra unutdugu iş yerinə təşrif buyurub.Məlumata əsasən bir il müddətində yığılıb qalan problemləri həll etmək üçün hərəkətə keçib.Bunun üçün kollecdə rüşvət almaq qanunsuz əməllər və saxta çeklər tərtib etməklə tələbələri soymaqda şərik olduğu müavini Şahin Əliyevi, əyani Şöbə müdürü Kamilə Həmidovanı, qiyabi şöbə müdürü Güllübəyim Həsənovanı, akademik məsləhətçi (tyutor) Vəfa Baxışovanı və digər bir necə nəfəri səfərbər edib.Artiq belə vəziyyətin yaranması tərəflər arasında narazılıqda yaradıb.Bu direktorun çox yaxın vaxtlarda vəzifəsini itirəcəyi hər kəsə gün kimi aydındır.Amma saysız problemlərin üzə çıxdığı zaman komandanın digər üzvülərinin də qanunsuz əməllərə görə ən yaxşı halda öz vəzifələrini itirməkləri qorxusu, məsuliyyətdən yaxa qurtarmağa çalışmaları tərəfləri üz-üzə qoyub.

Tədris məsələləri üzrə müavinin dərs bölgüsünə görə hər müəllimdən 300-500m istəməsi, direktor daxil bütün oyunların ideyoloqu olması, işə götürülənlərlə hesablaşmanın aparılması, hər şöbəni nəzarətdə saxlaması, bütün göstəriş və tapşırıqların burdan getməsi bu kollecdə hər kəsə məlumdur.Əyani şöbə müdürünün pul makinası rolu oynadığı, rüşvətin bu otaqda alınması, miqdarının müəyyənləşdirilməsi, direktorla hesabın aparılması burdan başlayır.Pandemiya dövründə bütün tələbələrə keçid balı elan olunsada sonradan qiymətində düzəliş etmək istəyənlər də bu məsələdə onunla əlaqə saxlamalıdır.Baxmayaraq ki müəllim heyətinin bundan xəbəri yoxdu, amma qiymət düzəlişi razılıq əsasında mümkündür.Eyni məsələlər qiyabi şöbədə də aparılır, burda da vəziyyət heç də digərindən seçilmir.Pulunu ver qiymətini al! İrşad Abbasovun gəlişindən sonra imtahan qiymətləri yüksələn xəttlə dəyişib, əyani şöbədə 400-450m arası, qiyabi şöbədə dərslərdə iştirak etdikdə 200-250m, əks təqdirdə 300-350m olmaqla dəyişir.Birinci smestrdə saxta çek tərtib etməklə(bu çeklərin şəkili və digər çəklişlər mətbuatda dəfələrlə gedib)kreditlərə fantastik qiymət hesablanması və mənimsənməsi bu direktor və onun ətrafının kəsfi sayılır. Bu komanda bir imtahana görə 50-85m arası kredit göstərmək və buna saxta çek tərtib etməklə banga keçirdəcəyik demək adı ilə yığıb mənimsəyiblər.Bu insanların digər fərasəti 9 illik ümumtəhsil ocağından gələnlərə imtahan tətbiq etmələridir.(baxmayaraq ki onların bilikləri summativ qiymətləndirmə ilə müəyyən olunmalıydı).Başqa bir məsələ direktor ödənişli əsaslarla oxuyan tələbələrdən daxil olan pulu təmir adı ilə sildirərək mənimsəyib. Bundan əlavə yalnız öz yaxın silhdaşlarına böyük məbləğdə mükafat yazmaqla( bu vəsaitndə böyük hissəsi direktora çatmaqla) bölünüb.Bundan əlavə tədris müddətində və sonrakı vaxtlarda külli miqdarda yanacağ silinərək pulunun yeyilməsi yalnız kağız üzərində işlənən sənədlərdə əksin tapır.Bu şəxslərin qanunsuz əməllərini ilk kiçik yoxlanışda bütün çılpaqlığı ilə öz əksini tapacaq.Məhz bu amil onların isti aşına soyuq su calayıb.

Bütün bunlarla bərabər böyük tarixə malik bu təhsil ocağında kifayət qədər yüksək intellektə, elmə və bilikə malik müəllim heyəti çalışır. Onların arasında əməkdar müəllim, elmi adı olan mütəxəsisslər, eləcədə böyük təcrübəyə və nüfuza malik şəxslər fəaliyyət göstərir. Bu kollektiv rayonda olan bütün tədbirlərdə yaxından iştirak edir və öz töhfələrini verir.Bu kollecin yüzlərlə tələbəsi sonradan ali təhsil ocaqlarında da yüksək səviyyədə təhsilini başa vurub, müxtəlif sahələrdə uğurlara imza atıblar.Onlarla tələbə Qarabağ döyüşlərində iştirak edib, vətənə sədaqətlə qulluq edib.Burda baş verəcək düzgün kadr dəyişikliyi nəticəsində bu təhsil ocağının yenidən böyük uğurlara imza atacağı şübhəsizdir.Hər halda kollecdə bu dəyişikliyi sağlam düşüncəyə malik böyük müəllim heyəti və tələbələr arzulayır”.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri də dinləməyə hazırıq…

Alət çubuğuna keç