Böhran hansı ölkələri daha çox “vurur?” – GƏLİŞMƏ

“Zəif və yerində sayan iqtisadiyyatlar böhranın təsirinə və itkilərə daha az məruz qalırlar”.

Yenicag.az xəbər verir ki, bu fikirləri koronavirus pandemiyasının yaratdığı mövcud iqtisadi böhranın hansı ölkələrə daha çox neqativ təsir göstərəcəyini şərh edən iqtisadçı Rövşən Ağayev bildirib.

Rövşən Ağayevin sözlərinə görə, müşahidə olunan böhran əsasən, qlobal iqtisadiyyata ən çox inteqrasiya etmiş ölkələrə təsir göstərəcək:

“Böhranın təsirinə məruz qalmamaq qapalı sistemə malik olmağın nəticəsidir. Yeri gəlmişkən, əhalisi koronavirusa daha az yoluxan ölkələr də bu kateqoriyaya aiddirlər.

Bununla yanaşı, iqtisadiyyatı xidmət sferası üzərində qurulan ölkələr də böhranın təsirinə məruz qalacaqlar. Hazırkı böhran bu günə qədər bizə bəlli olan ənənəvi iqtisadi böhranlardan çox fərqlidir. Yəni bu, öz mənşəyinə görə tibbi böhranın yaratdığı iqtisadi böhrandır.

Dünənə qədər sağlam iqtisadi və maliyyə əsaslarına malik olan biznes bu gün çökmüş vəziyyətdədir. İqtisadi böhran əsasən, inkişafda, böyükməkdə olan iqtisadiyyatlar üçün xarakterik olan iqtisadi hadisədir.

Onlarla müqayisədə zəif və yerində sayan iqtisadiyyatlar böhranın təsirinə daha az məruz qalırlar”.

Alət çubuğuna keç