RUSİYAYA CASUSLUQ EDƏN GENERAL TUTULDU – FTX ilə bağlantıları ortaya çıxıb + FOTO

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) bu gün xüsusi əməliyyatla Rusiyaya çalışmaqda şübhəli hesab edilən, xüsusi xidmət orqan əməkdaşı sayılan bir yüksək rütbəli zabiti həbs edib.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, UTX Rusiya tərəfindən ələ alındığı güman edilən general-mayor Valeri Şaytanovu yaxalayıb. General Şaytanov Adam Osmayev adlı könüllü döyüşçünü öldürməyi planlaşdırırmış.

Xüsusi xidmət orqanları V.Şytabovun həqiqətən Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX)işlədiyini müəyyənləşdiriblər.

Rusiyalı casus general UTX-nin “A” adlanan Xüsusi əməliyyatlar mərkəzinin rəhbərlərindən biri olub. Onun Rusiya FTX-nin polkovniki, “Bobıl” ləqəbli İqor Yeqorovla agentura bağlantıları ortaya çıxıb.

“Bobıl”, yəni polkovnik İqor Yeqorov FTX-nın Əks-kəşfiyyat əməliyyatları departamentinin əməkdaşı sayılır. Bəhs olunan bölmə Ukrayna və digər ərazilərdə kəşfiyyat, diversiya-terror aksiyalarının planlaşdırılması, təşkil edilməsi və həyata keçirilməsi ilə məşğuldur.

Son məlumata görə, general-mayor Şaytanova vəzifəsini icra etməsi müqabilində 200 min dollar pul mükafatı və RF vətəndaşı pasportu vəd edilib.

Alət çubuğuna keç