Etibar Həsənzadənin həyat və yaradıcılıq yolu

Xeyli vaxtdır ki, gənc yazar Etibar Həsənzadənin yaradıcılığı ilə az-çox tanış idim. Dövrü
mətbuatda mütəmadi olaraq dərc olunan əsərlərini oxuyurdum. Bir müddət öncə 2 Fevral
tarixində hər ikimizin Gənclər Günü ilə əlaqədar mükafatlandırılma mərasimində görüşümüz
baş tutdu, kitablarını mənə hədiyyə edəcəyini söz verdi. Belə də oldu, Etibarın şeir və
hekayələrdən ibarət müxtəlif kitablarını əldə etdim, onları mütaliə edərək onun yaradıcılığı ilə
daha yaxından tanış oldun.
Heç kəsə sirr deyil ki, bu gün bizim ürəyimiz, qəlbimiz hamılıqla Qarabağ həsrəti ilə tutuşubyanır. Bununla bərabər gənclərimizdə qəhrəmanlıq eşqinin, cəsarət və igidlik ruhunun yüksək
olması, Qarabağda sülh və əmin-amanlığın tez bir zamanda bərpa ediləcəyinə və tezliklə
torpaqlarımızın işğaldan azad ediləcəyinə ümid verir. Belə Vətənpərvər gənclərimizdən biri də,
Etibar Həsənzadədir. Etibar Oktay oğlu Həsənzadə 7 iyun 1992-ci il tarixində Daşkəsən
şəhərində dünyaya göz açıb. O, 2010-cu ildə Daşkəsən şəhər 2 saylı orta məktəbini bitirib. O,
Azərbaycan Yazıçılar Birliyinin, Avrasiya Sanat, Kültür, Edebiyat ve Bilim Federasyonunun
(ASKEF), Türkmen Edebiyatçı və Yazarlar Birliyinin üzvü, İstedadlı Əlillər İctimai Birliyinin fəxri
üzvüdür. 2014-cü ilin sentyabr ayında Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsinin
dinləyicisi olmuş, 2016-cı ildə həmin fakültədən məzun olaraq yaradıcılığını davam etdirir.
Uzun müddətli yaradıcılıq fəaliyyətinin əsasında 2014-cü ilin yanvar ayında onun “Könlümlə
söhbət” ilk şeirlər toplusu nəşr edilir. İlk şeirlər kitabı oxucular tərəfindən maraqla qarşılanır.
Bundan sonra Etibarın “Duyğular dinsin”, “Gecikmiş etiraf” , “Bir həyat romanı”, “Sevgi
bəstəsi”, “Nurla gəldi, nurla yaşadı, nurla getdi” adlı kitabları onun yaradıcılığına daha da rəng
qatır və şeirləri kifayət qədər tanınaraq oxunur. Əsərləri bir çox yerli və beynəlxalq layihələrdə
yer alıb.
2015-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən “İstedad Sorağında” layihəsi çərçivəsində
keçirilmiş müsabiqədə seçilmiş əsərləri qalib olub.
Etibar Prezident təqaüdçüsüdür, Azər.KİVİHİ-nin rəyasət heyətinin qərarı ilə “Qızıl Qələm”
mükafatı laureatıdır, “İlin Vətənpərvər Şairi” media mükafatçısıdır. O bir çox nüfuzlu
təşkilatların mükafat və diplomları ilə təltif olunur, şeirlərinə mahnılar bəstələnir, tanınmış
müğənnilər tərəfindən sevilə-sevilə ifa olunur.
Yaradıcılığa başladığı 7 il ərzində Daşkəsən rayon İcra Hakimiyyəti tərəfindən 4 təqdimat
tədbiri, Bakı şəhərində müxtəlif birliklərin təşkilati dəstəyi ilə 2 böyük təqdimat tədbiri,
oxuduğu məktəbdə və Daşkəsən rayon Heydər Əliyev Mərkəzində kiçik təqdimat tədbirləri
keçirilmişdir.
Onun xüsusilə Vətən sevgisi, Qarabağ harayı, insanları bərabərliyə səsləyən şeirləri mənim
diqqətimi cəlb etdi. “Vətənimi istəyirəm” şeirində Etibar yazır:
Torpağımız babalardan əmanətdir,
Torpaq üçün candan keçmək səadətdir,
Ömrümüzdən ömür vermək rəşadətdir,
Vətən üçün şəhid olmaq istəyirəm
Vətənimi istəyirəm…
Vətəni sevmək, onu qorumaq, gözəlləşdirmək, daha da varlı və qüdrətli etmək xalqımızın ən
yüksək əxlaqi dəyərlərindən biridir. Azərbaycan vətəndaşı olan hər bir kəs şərait tələb etdikdə
silaha sarılaraq Vətəni müdafiə etməyi özünün müqəddəs vəzifəsi hesab etməlidir. Etibarın
vətənpərvərlik mövzusunda yazdığı şeirlərin pafosdan uzaq olması, eləcə də sadəliyi, hər kəsin
anlayacağı dildə olması, onun şeirləri uşaqdan-böyüyə hər kəs üçün yazdığının təsdiqidir.
Etibar şeirlərindən birində yazır:
Torpağına qurban, Vətən!
Müqəddəsdir adın sənin.
Bayrağımız göylərində,
Dalğalansın, Vətən, sənin.
“Gözlə bizi, Qarabağım” şeirindən bu misralar diqqətimi çəkdi.
Biz səninçün can verərik,
Torpağına can verərik.
Azadlığın nəfəsindən
Nəfəsinə pay verərik.
Gözlə bizi, Qarabağım.
Etibarın şeirləri ilə bərabər vətənpərvər ruhda yazılmış hekayələri və povestləri də var.
Yeni nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, onlara vətən əxlaqı, vətənə sevgi və
məhəbbət, xalqımızın keçmişinə, bu gününə, gələcəyinə sədaqət, onun maddi, mədəni,
mənəvi sərvətlərinin mənimsədilməsi hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Bu
missiyanın uğurla davam etdirilməsində şairlərin xüsusi rolunu qeyd etmək lazımdır.
Vətənpərvərlik şeirləri ilə yanaşı Etibar sevgi, məhəbbətlə bağlı ülvi düşüncələrini ifadə
etdiyi şeirlərlə də oxucuların qəlbinə yol tapmağı bacarır. Gənc şairin sevgi dünyasında olan
paklıq onun şeirlərinə də səmimilik gətirir:
Gəl könül bağçama bülbüllər kimi,
Nəğmənlə ruhumun gülləri açsın.
Gözlərim gözlərinə baxsın, danışsın,
Etibarın qəlbinin nəğməsi kimi.
Həyatın müəyyən anlarında, şair kövrək şeirlər yazmağa məcbur olur. Onun məcbur edən
düşdüyü halın, vəziyyətin həssas qəlbinə təsiridir:
Həyatın yazılmamış amansız qanunları,
Həyatıma hər zaman təsir edir, neyləyim?
Sevginin, məhəbbətin öz qanunları,
Taleyimə, bəxtimə təsir edir, neyləyim?
Şair sevginin ucalığını şeir dili ilə oxucusuna çatdırmağı bacarır:
Aşıb-daşan məhəbbətim qəlbə sığmaz,
Məhəbbətim dağ selidir, çaya sığmaz.
Coşar-daşar yenə də məcraya sığmaz,
Böyük sevgi nə şerə, nə misraya sığmaz.
Etibarın qəmli və həssas şeirləri ilə yanaşı, gələcəyə ümid və inamla dolu şeirləri də kifayət
qədərdir:
Yaradan bu dünyanı sevgi ilə yaratmış,
Yaratdığı nə varsa sevgisindən pay qatmış.
Mən bu eşqə, sevgiyə baxmaq ilə doymaram,
Etibaram, təbiətə, bu həyata aşiqəm,
Yaradana aşiqəm…
Orxan Namiq oğlu Musayev
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Alət çubuğuna keç