Rövnəq Abdullayevin yeni şirkətləri üzə çıxdı

Oğlunun 2 milyon dollarlı saatı ilə gündəmə gəlmiş SOCAR prezidenti Rövnəq Abdullayevin daha bir neçə şirkəti üzə çıxıb. Araşdırmaçı jurnalist Hafiz Babalı neftçilərimizin “şefinin” biznesini araşdırıb.
 Jurnalist yazır ki, Rövnəq Abdullayevin Malik Soltanov, Rüfət Əliyev və Zakir Hüseynov vasitəsilə idarə etdiyi daha bir neçə şirkəti (“Black Sapphire” MMC, “Bakıkhanov Mall” MMC, “Gravitas” MMC, “Ruby” MMC, “Zeal” MMC, “Avido” MMC və “T Capital” MMC) var.
Həmin şirkətlər AZ1022, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, SƏMƏD VURĞUN ev 86, MƏHƏLLƏ 667, 26 və 27 nömrəli mənzillərdə və AZ1095, BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, FİKRƏT ƏMİROV, ev 1, m. 74-də dövlət qeydiyyatına alınıb.
Qeyd olunan şirkətlərin hansı sxemlər üzərindən istifadə edildiyini hələ ki müəyyən edilməyib.
Alət çubuğuna keç