“Rusiyadan aldıqlarını qaytar, sonra…” – Ərdoğana şərtlərini açıqladılar

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyənin tələb etdiyi “Patriot” hava hücumundan müdafiə sistemləri ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, açıqlamada Türkiyənin Rusiyadan aldığı “S-400” sistemlərini geri qaytarmayana qədər ABŞ-dan “Patriot” ala bilməyəcəyi bildirilib.

“Müdafiə naziri Esperin bu məsələ ilə bağlı mövqeyi məlumdur. Türkiyə “S-400”ləri geri verməyənə qədər “Patriot” hava hücumundan müdafiə sistemləri ala bilməz”, – Pentaqonun sözçüsü Conatan Hoffman deyib.

Prezident Rəcəb Tayyib Ərdoğan “Patriot” sistemləri ilə bağlı ABŞ-a təklif verdiklərini açıqlayıb:

“Bununla bağlı ABŞ-a təklifimizi verdik: siz satın, biz də alaq. Amma bizə dedilər ki, “S-400”ləri geri qaytaracaqsınız. Buna hələ də ümid edirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu
Alət çubuğuna keç