XOCALIMIN QİSASI QİYAMETE QALMASIN!

Yeter artıq! Tükenib daha milletin sebri,
Besdir daha ateşkes,verilsin hücum emri,
Ya alınsın Qarabağ,yada ki, secek qebri .
Milletimin qüruru,şerefi alcalmasın,
Xocalımın qisası qiyamete qalmasın!

Ehey! İgid oğullar,siz ey qoç Koroğlular!
Nere çekin,o sesden titresin uca dağlar.
Qoymayın babaların ruhları qalsın ağlar,
Yağı doğma yerlerde özüne yurd salmasın,
Xocalımın qisası qiyamete qalmasın!

Aldılar Tebrizimi,Zencanımı,dinmedik.
Hey Zengezur,Borcalı deye- deye inledik,
Bu da indi Qarabağ, axı,hara gedirik?
Allahım,innen bele bu el parçalanmasın,
Xocalımın qisası qiyamete qalmasın!

Axı,ne olub size?Siz ey Türk oğlu türkler!
Ey cesur Atillalar,siz ey dönmez Babekler!
Tomrisler,Nüşabeler,ey Niarlar,Hecerler!
Bozqurdlar ölkesinden tülküler bac almasın,
Xocalımın qisası qiyamete qalmasın!

Yığışdırın ekrandan gülünc eylenceleri,
Tebliğ edin Çingiztek,Mübariztek erleri,
Yandırmayın mezarda siz şair Xelilleri,
Düşmenimiz gizlice sevinib el çalmasın,
Xocalımın qisası qiyamete qalmasın!

Yaxşı bax keçmişine ,hardan hara gelmişik.
Gör ne qeder tarixi totpaqları vermişik .
Biz kicile- kicile, bap- balaca qalmışıq,
Gelecek nesiller de bizlerden utanmasın,
Xocalımın qisası qiyamete qalmasın!

На изображении может находиться: 1 человек, часть тела крупным планом
Alət çubuğuna keç